BAKI, 20 noyabr — Sputnik. Sabah saat 21.00-da Bakı Olmpiya Stadionunda, Azərbaycanın "Qarabağ" və İngiltərənin "Çelsi" futbol klubları arasında Çempionlar Liqasının 5-ci turunun oyunu keçiriləcək. Sputnik Azərbaycan xəbər verir kimi, İspaniyanın "Atletiko" klubu ilə heç-heçə ilə bitən son iki oyun Ağdam klubuna olan marağı daha da artırıb.
Bakıda keçiriləcək növbəti oyuna bir həftə qalmış artıq bütün biletlər satılıb və Bakı Olmpiya Stadionunun ilk dəfə tam dolacağı gözlənilir.
"Qarabağ"ın rəhbərliyi də qarşıdakı oyuna məxsusi hazırlaşır və Avropanı azarkeşlərin hazırladıqları xüsusi nümayişlə təəccübləndirməyi düşünür. Hazırlıqlar tam gizli saxlanılsa da, bu şouda stadionun 20 minlik əsas tribunasından istifadə ediləcək. Hazırlanan qeyri-adi nümayiş üçün Türkiyədən xüsusi olaraq "Fənərbaxça" klubunun fanatları dəvət olunub.
Bundan başqa, qonaq klubun azarkeşləri də xeyli canlanıblar. Əgər "Roma" ilə Bakıdakı oyunda qonaqlara, əsasən klubun yerli azarkeşləri dəstək verirdilərsə və Madrid klubu ilə oyunda, sadəcə ispaniyalı azarkeşlər sadəcə gözə dəyirdisə, "Qarabağ" — "Çelsi" oyununda, təxminən 1000 nəfər britaniyalı azarkeşin öz klublarına dəstək verəcəyi gözlənilir.
Çempionlar Liqasının Bakıdakı oyununlarında bu qədər əcnəbi futbol fanatının azarkeşlik etməsi ilk dəfədir. Növbəti oyunun hakimləri də artıq məlumdur. Bunlar Manuel de Souza baş hakim olmaqla, Rikardo Santos, Alvaro Meskuita, Fabio Verissimo və Luis Qodinyodan ibarət briqada olacaq.