10:39 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
2710

Baş məşqçi: "Uduzmuşamsa, onda gərək mənim də yerimə baş məşqçi gətirsinlər?"

BAKI, 21 noyabr — Sputnik. "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov sabahkı "Çelsi" matçı öncəsi jurnalistlərin suallarını cavablandırıb. Sputnik Azərbaycan həmin müsahibəni təqdim edir:

- Pedronun əvəzinə kim oynayacaq və Dani Kintananın durumu nə yerdədir?

— Enrike haqda düşünmürəm, əlimizdə olan digər oyunçulardan yararlanmağa çalışacağıq. Daninin durumu normaldır. Tam qəti qərarı həkimlər verəcək. Onun yerində kim olacağı, sabah bilinəcək.

- "Qarabağ"ın müdafiə xətti yaş baxımından çoxdur. Qışda buna müdafiəyə hər hansı yeni futbolçular transfer olunacaqmı?

— Transferlər barədə düşünmürəm. Əlimdə olan müdafiəçilər məni qane edir. Yaş önəmli deyil. Onun meydanda göstərdiyi oyun önəmlidir. Onlar yaşlı olmağına baxmayaraq digər oyunçulara nümununədir. Bu haqda düşünməyə vaxtım yoxdur. Fikrimi başqa yerə yönləndirmək istəmirəm.

- Şehiçə güvənirsiniz. İki oyun qalıb. İkinci qapıçı bu iki oyundan birində oynaya biləcəkmi?

— Bütün oyunçularıma inanıram, təkcə qapıçıya yox. Komandamda olan hər oyunçu önəmlidir.

- "Atletiko"dan alınan ikinci xaldan sonra qrupda üçüncü yer uğrunda mübarizə aparacaqsınızmı? Sabahkı və Romadakı oyunlar psixoloji baxımdan komandaya necə təsir edəcək?

— Komanda üzərində təzyiq həmişə olur. Bu turnir ən mötəbəridir. Burada oynayan hər kəs, o cümədən mən də təzyiq altında oluram. Bu, normaldır. Qarşımızdakı rəqibi düzgün qiymətləndirməliyik. Dünyanın ən güclü klublarından biridir. Onlar heç bir oyuna rahat çıxmırlar. Mövsümün ən vacibi oyunu hesab edirlər. Bunu başa düşürük. Belə oyunlarda təcrübə toplamalıyıq. Oyunçular da bunu anlayırlar. Sabah layiqli oyun göstərməyə çalışacağıq. Üçüncü yer barədə yox, istəyirəm, azarkeşlər buradan getdikdən sonra əhvalları yüksək olsun. Bir yerdə çalışacağıq ki, yaxşı oyun göstərək.

- İlk oyundan sonra Şehiç gərginlikdə idi. Sizcə, bu həyəcan onun üçün necə təsir edəcək? Bunun qarşısı alınacaqmı?

— Təkc biz böyük hesabla uduzmuruq. "Çelsi" bizdən başqa klublara da böyük hesabla qalib gəlib. Zəif komandalara qarşı olmur. Görürəm, Şehiçdən sual çox verilir. O, təcrübəli futbolçudur. 0:6 hesabı ilə uduzmuşamsa, onda gərək mənim də yerimə baş məşqçi gətirsinlər? Həmin oyunda səhvlərimiz çox idi.

Əlaqədar

"Qarabağ" üçün sürpriz hazırlanıb
"Qarabağ"-"Çelsi" oyununa bilet alanların diqqətinə
"Qarabağ" kubokunun qalibi müəyyən olunub
"Qarabağ" Qurbansız qalacaq?
Teqlər:
"Atletiko", oyun, təzyiq, "Çelsi", Qurban Qurbanov, baş məşqçi, "Qarabağ" futbol klubu

Əsas mövzular