07:20 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
22 0 0

“Oğlum artıq Qazaxıstan Daxili İşlər Nazirliyinin əməkdaşıdır. Ona bu ölkənin daxili işlər naziri tərəfindən polis rütbəsi və qurumun vəsiqəsi təqdim olunub”

BAKI, 2 noyabr — Sputnik. Azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimova vətəndaşlığını qəbul etdiyi Qazaxıstanda vəzifə verilib. Olimpiya çempionunun atası Əli Rəhimovun apasport.az saytına verdiyi məlumata görə, idmançı Qazaxıstan Daxili İşlər Nazirliyində fəaliyyətə başlayıb.

Bu ölkənin “Dinamo” İdman Cəmiyyətinin üzvü olan həmyerlimiz leytenant rütbəsini daşıyacaq. Rəhimovun atasının sözlərinə görə, bu, oğluna Qazaxıstanda göstərilən növbəti etimaddı: “Oğlum artıq Qazaxıstan Daxili İşlər Nazirliyinin əməkdaşıdır. Ona bu ölkənin daxili işlər naziri tərəfindən polis rütbəsi və qurumun vəsiqəsi təqdim olunub”.

Əli Rəhimovun sözlərinə görə, Qazaxıstan millisi oktyabrda 1 illik diskvalifikasiya olunsa da, yığmada hazırlıq davam edir: “Nicat polisə qəbul olsa da, komanda ilə birgə məşqləri davam etdirir. Hazırda Çimkənddə təlim-məşq toplanışındadılar və Nicat əla formadadı. Komandanın gələn il keçiriləcək Asiya Oyunlarına qatılması planlaşdırılır. Ardınca növbəti yarışlarda mübarizə aparacaqlar”.

Nicatın atası idmançının Vətənə qayıdacağı tarixi də açıqlayıb. O bildirib ki, oğlu Nicat Rəhimov həqiqi hərbi xidməti başa vurduqdan sonra Bakıya gələcək: “Nicat dekabrın 15-də evə gəlməlidi. Təxminən həmin tarixdə hərbi bileti alacaq. Yanvarın 5-də isə Qazaxıstana qayıdıb, məşqləri davam edəcək”.

Qeyd edək ki, Nicat Rəhimov Azərbaycan yığmasında problemləri səbəbindən Qazaxıstan bayrağı altında çıxış etməyə başlayıb.

Əlaqədar

Azərbaycan atleti Paralimpiya Oyunlarının finalına yüksəlib
Valentin Xristov: Olimpiadada yüngül və ağır atletika yarışları maraqsız olacaq
Ağır atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
Azərbaycanla Dünya Ağır Atletika Federasiyası arasında dopinq qalmaqalı davam edir
Qazaxıstanda 130 min azərbaycanlı yaşayır
Teqlər:
Asiya Oyunları, Dinamo” İdman Cəmiyyəti, Qazaxıstan Daxili İşlər Nazirliyi, Əli Rəhimov, Nicat Rəhimov, Çimkənd, Qazaxıstan

Əsas mövzular