Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanlıya digər ölkədə vəzifə verildi

© pixabay / epiciociMüqavilə imzalayan adam, arxiv şəkli
Müqavilə imzalayan adam, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
“Oğlum artıq Qazaxıstan Daxili İşlər Nazirliyinin əməkdaşıdır. Ona bu ölkənin daxili işlər naziri tərəfindən polis rütbəsi və qurumun vəsiqəsi təqdim olunub”

BAKI, 2 noyabr — Sputnik. Azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimova vətəndaşlığını qəbul etdiyi Qazaxıstanda vəzifə verilib. Olimpiya çempionunun atası Əli Rəhimovun apasport.az saytına verdiyi məlumata görə, idmançı Qazaxıstan Daxili İşlər Nazirliyində fəaliyyətə başlayıb.

Bu ölkənin “Dinamo” İdman Cəmiyyətinin üzvü olan həmyerlimiz leytenant rütbəsini daşıyacaq. Rəhimovun atasının sözlərinə görə, bu, oğluna Qazaxıstanda göstərilən növbəti etimaddı: “Oğlum artıq Qazaxıstan Daxili İşlər Nazirliyinin əməkdaşıdır. Ona bu ölkənin daxili işlər naziri tərəfindən polis rütbəsi və qurumun vəsiqəsi təqdim olunub”.

Əli Rəhimovun sözlərinə görə, Qazaxıstan millisi oktyabrda 1 illik diskvalifikasiya olunsa da, yığmada hazırlıq davam edir: “Nicat polisə qəbul olsa da, komanda ilə birgə məşqləri davam etdirir. Hazırda Çimkənddə təlim-məşq toplanışındadılar və Nicat əla formadadı. Komandanın gələn il keçiriləcək Asiya Oyunlarına qatılması planlaşdırılır. Ardınca növbəti yarışlarda mübarizə aparacaqlar”.

Nicatın atası idmançının Vətənə qayıdacağı tarixi də açıqlayıb. O bildirib ki, oğlu Nicat Rəhimov həqiqi hərbi xidməti başa vurduqdan sonra Bakıya gələcək: “Nicat dekabrın 15-də evə gəlməlidi. Təxminən həmin tarixdə hərbi bileti alacaq. Yanvarın 5-də isə Qazaxıstana qayıdıb, məşqləri davam edəcək”.

Qeyd edək ki, Nicat Rəhimov Azərbaycan yığmasında problemləri səbəbindən Qazaxıstan bayrağı altında çıxış etməyə başlayıb.

Xəbər lenti
0