05:59 23 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8964
AZE Nakhchivan SK futbol klubunun Almaniyanın Köln şəhərindəki mərkəzi ofisində təqdimetmə mərasimi

Azərbaycan futbol klubu almanlara təqdim edildi

© Photo: Facebook / waadaaorg
İDMAN
Qısa URL
65 0 0

Sonda Naxçıvanla bağlı videorolik göstərilib

BAKI, 25 sentyabr — Sputnik. Dünya Azərbaycanlıları Assambleyasının (DAA) təşəbbüsü ilə yaradılan "AZE Nakhchivan SK" futbol klubunun Almaniyanın Köln şəhərindəki mərkəzi ofisində klubun təqdimetmə mərasimi keçirilib. Tədbirdə yerli futbol həvəskarları, futbol mütəxxəsisləri, Türkiyə təşkilatlarının təmsilçiləri iştirak edib. DAA Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan klubun rəhbəri Aydın Karaca Naxçıvan Muxtar Respublikası haqqında qonaqlara məlumat verib. O, bu bölgənin zəngin tarixindən, önəmli coğrafi mövqeyindən, naxçıvanlıların qonaqpərvərliyi, dostluğa münasibətindən, son dönəmlər Naxçıvanda həyata keçirilən islahatlardan, blokadada olmasına baxmayaraq yerli imkanlar hesabına əldə edilən uğurlardan söz açaraq, bu bölgənin İranla Türkiyə arasında yerləşən strateji əhəmiyyətli bir muxtar vilayət olduğunu qeyd edib.

AZE Nakhchivan SK futbol klubunun Almaniyanın Köln şəhərindəki mərkəzi ofisində təqdimetmə mərasimi
"AZE Nakhchivan SK" futbol klubunun Almaniyanın Köln şəhərindəki mərkəzi ofisində təqdimetmə mərasimi

Daha sonra gələcək planlardan danışan klubun idman direktoru Zafer Özcan, klubun demokratik prinsiplər əsasında idarə olduğunu qeyd edib, yararlı təkliflər üçün hər zaman açıq olduqlarını iştirakçıların diqqətinə çatıdırıb.

Sonda DAA prezidenti Rəşad Quliyev komandanın "Naxçıvan" adlanmasının səbəblərinə aydınlıq gətirib. O. bildirib ki, bu bölgə tarixən təcavüzə, iqtisadi, ticari, siyasi blokadaya məruz qaldığından bölgənin zənginlikləri ilə bağlı geniş ictimaiyyətə məlumat verməyin vasitələrindən biri də məhz idmandır. O, gələcəkdə "AZE Nakhchivan" klubunu professional səviyyəyə gətirərək Naxçıvanın adının dillər əzbərinə çevirəcəklərindən əminliyini bildirib. Sonda Naxçıvanla bağlı videorolik göstərilib.

Əlaqədar

Bakı robotlar arasında da futbol yarışına sahiblik edəcək
Futbol klubunun qapıçısı güllələndi
Almaniyada Azərbaycan futbol klubu yaradılıb
İlham Əliyevdən "Qarabağ" futbol klubuna jest
Bu gün İslamiadada futbol yarışlarına start veriləcək
Beləsini görməmişdiniz: Futbol tarixinin ən bərbad 20 saniyəsi
Teqlər:
"AZE Nakhchivan SK" futbol klubu, DAA, Dünya Azərbaycanlıları Assambleyası, Rəşad Quliyev, Aydın Karaca, Zafer Özcan, Köln şəhəri, Naxçıvan, Almaniya, İran, Türkiyə

Əsas mövzular