Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan futbol klubu almanlara təqdim edildi

© Photo : Facebook / waadaaorg"AZE Nakhchivan SK" futbol klubunun Almaniyanın Köln şəhərindəki mərkəzi ofisində təqdimetmə mərasimi
AZE Nakhchivan SK futbol klubunun Almaniyanın Köln şəhərindəki mərkəzi ofisində təqdimetmə mərasimi - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Sonda Naxçıvanla bağlı videorolik göstərilib

BAKI, 25 sentyabr — Sputnik. Dünya Azərbaycanlıları Assambleyasının (DAA) təşəbbüsü ilə yaradılan "AZE Nakhchivan SK" futbol klubunun Almaniyanın Köln şəhərindəki mərkəzi ofisində klubun təqdimetmə mərasimi keçirilib. Tədbirdə yerli futbol həvəskarları, futbol mütəxxəsisləri, Türkiyə təşkilatlarının təmsilçiləri iştirak edib. DAA Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan klubun rəhbəri Aydın Karaca Naxçıvan Muxtar Respublikası haqqında qonaqlara məlumat verib. O, bu bölgənin zəngin tarixindən, önəmli coğrafi mövqeyindən, naxçıvanlıların qonaqpərvərliyi, dostluğa münasibətindən, son dönəmlər Naxçıvanda həyata keçirilən islahatlardan, blokadada olmasına baxmayaraq yerli imkanlar hesabına əldə edilən uğurlardan söz açaraq, bu bölgənin İranla Türkiyə arasında yerləşən strateji əhəmiyyətli bir muxtar vilayət olduğunu qeyd edib.

© Photo : Facebook / waadaaorg"AZE Nakhchivan SK" futbol klubunun Almaniyanın Köln şəhərindəki mərkəzi ofisində təqdimetmə mərasimi
AZE Nakhchivan SK futbol klubunun Almaniyanın Köln şəhərindəki mərkəzi ofisində təqdimetmə mərasimi  - Sputnik Azərbaycan
"AZE Nakhchivan SK" futbol klubunun Almaniyanın Köln şəhərindəki mərkəzi ofisində təqdimetmə mərasimi

Daha sonra gələcək planlardan danışan klubun idman direktoru Zafer Özcan, klubun demokratik prinsiplər əsasında idarə olduğunu qeyd edib, yararlı təkliflər üçün hər zaman açıq olduqlarını iştirakçıların diqqətinə çatıdırıb.

Sonda DAA prezidenti Rəşad Quliyev komandanın "Naxçıvan" adlanmasının səbəblərinə aydınlıq gətirib. O. bildirib ki, bu bölgə tarixən təcavüzə, iqtisadi, ticari, siyasi blokadaya məruz qaldığından bölgənin zənginlikləri ilə bağlı geniş ictimaiyyətə məlumat verməyin vasitələrindən biri də məhz idmandır. O, gələcəkdə "AZE Nakhchivan" klubunu professional səviyyəyə gətirərək Naxçıvanın adının dillər əzbərinə çevirəcəklərindən əminliyini bildirib. Sonda Naxçıvanla bağlı videorolik göstərilib.

Xəbər lenti
0