06:14 23 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
Çelsinin baş məşqçisi Antonio Konte

"Çelsi"nin baş məşqçisi "Qarabağ"la oyuna çıxaracağı heyəti açıqladı

© REUTERS / Tony O'Brien
İDMAN
Qısa URL
"Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində (12)
42 0 0

"Çelsi"nin baş məşqçisi azərbaycanlılarla oyuna bütün əsas oyunçularını çıxarmayacaq

BAKI, 11 sentyabr — Sputnik. London futbol klubu "Çelsi"nin baş məşqçisi Antonio Konte Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycanın "Qarabağ" komandası ilə qarşılaşmadan əvvəl mətbuat konfransı keçirib.

Sputnik Azərbayca-ın məlumatına görə, Konte komandasının hazırkı vəziyyətinə aydınlıq gətirib.

"Bizdə kadr itkisi yoxdur. Denni Drinkouterlə bağlı kiçik problemlər var. Baxacağıq, görək həkimlər nə deyir. Eden Azar ağır zədədən sonra tamamilə qaydasındadır və artıq heyətdədir. Məşqlərdə özünü yaxşı göstərir. Amma biz onunla risk etməyəcəyik. "Qarabağ"la oyuna o, ehtiyat oyunçu skamyasından başlayacaq" — deyə "aristokratlar"ın baş məşqçisi bildirib.

Kontenin sözlərinə görə, "Lester"lə olan son matçdan sonra oyunçular xeyli güc sərf ediblər: "Bizi gərgin oyun cədvəli gözləyir. Heyətdə rotasiya qaydasına yer verəcəyik".

"Qarabağ" üçün Çempionlar Liqasındakı hazırkı mövsüm debütdür. Amma bu yaxşı komandadır. Mən "Qarabağ"ın bir neçə oyunçusunu tanıyıram, İtaliya yığmasını çalışdırarkən Azərbaycan yığması ilə qarşılaşmada onlarla rastlaşmışam. Milli komandanın heyətində "Qarabağ"ın bir neçə oyunçusu var" — deyə Konte bildirib.

Mövzu:
"Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində (12)

Əlaqədar

"Qarabağ" "döyüş"ə hazırdır
"Qarabağ"ın hesabına pul köçürüldü
"Qarabağ" nə üçün Olimpiya stadionunu seçdi?
“Qarabağ”ın ev oyunlarını keçirəcəyi stadion məlum oldu
“Çelsi” – “Qarabağ” oyununu izləmək istəyənlərə şad xəbər

Əsas mövzular