13:56 20 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8823
Afina şəhəri, arxiv şəkli

Afinada ilk uğurumuzu qazandıq

© Sputnik / Vladimir Rodionov
İDMAN
Qısa URL
14 0 0

Beynəlxalq turnirdə ilk medalımızı əldə etdik

BAKI, 28 aprel — Sputnik. Yunanıstanın Afina şəhərində taekvando idman növü üzrə təşkil edilən "DTF Prezident Kuboku" beynəlxalq yarışının ilk günü milli yığmamız üçün uğurlu olub. Federasiyanın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 27 aprel tarixində başlanan turnirdə —57 kq çəki dərəcəsində mübarizəyə qatılan qadın taekvondoçumuz Yaprak Eriş qarşılaşdığı rəqibləri Asimina Tzortzi (YUN), Laurygan Celin (FRA), Raheleh Asemani (BEL) və Patrisiya Adamkieviczi (POL) yarışdan kənarlaşdıraraq yarımfinala adlayıb. Finala vəsiqə uğrunda döyüşdə Rusiyalı Yekaterina Kim ilə qarşılaşan təmsilçimiz məğlubiyyətlə üzləşərək turniri bürünc medalla başa vurub.

Yaprak Eriş
© Photo : ATF-in mətbuat xidməti
Yaprak Eriş

Qeyd edək ki, sayca ikinci olan G2 kateqoriyalı yarışda yeniyetmə, gənc və böyüklərdən ibarət yığma komandamız 35 idmançı ilə təmsil olunur və bu turnirdə mükafatçılar sırasında yer alacaq idmançılar il ərzində keçirilməsi nəzərdə tutulan Avropa birinciliyi və çempionatına öz çəkilərində əlavə lisenziya əldə etmiş olacaqlar. Yarışa 30 aprel tarixində yekun vurulacaq.

Əlaqədar

İdmançımız bürünc medal qazandı
Lunyov: "Ümid edirəm ki, ölkəmizə 4 qızıl medal qazandıracam"
Gimnastımız Dünya Kubokunda gümüş medal qazandı
Lənkəranlı taekvondoçu Avropadan qızıl medalla qayıtdı
Olimpiya çempionunun medalı əlindən alındı
Güləşçilərimiz Dağıstandan 5 medalla qayıtdılar
Teqlər:
"DTF Prezident Kuboku", Afina şəhəri, yığma komanda, taekvando, lisenziya, Yunanıstan, medal, idman

Əsas mövzular