17:45 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
27 0 0

Sergey Karyakin dostu Vüqar Həşimovla bağlı xatirələrini yada salaraq Azərbaycan şahmatçısının heykəli önünə gül dəstələri qoyub

BAKI, 20 aprel — Sputnik. Rusiya şahmatçısı Sergey Karyakin Şəmkirdə keçiriləcək Vüqar Həşimov Memorialında iştirak etmək üçün Azərbaycana gəlib. Məşhur şahmatçı Vüqar Həşimovun məzarını ziyarət etmək üçün hava limanından birbaşa Fəxri Xiyabana yollanıb. Sergey Karyakin dostu Vüqar Həşimovla bağlı xatirələrini yada salıb, şahmatçımızın heykəli önünə gül dəstələri qoyub.

ShamkirChess 2017 turnirinin mətbuat xidməti xəbər verir ki, qrossmeyster sonra Vüqar Həşimov Şahmat Akademiyasına yollanıb. Orada yeniyetmə şahmatçılarla görüşən Sergey Karyakin uşaqların suallarına cavab verib. Günün ikinci yarısında Rusiya təmsilçisi superturnirdə iştirak etmək üçün Şəmkirə yola düşüb.

Qeyd edək ki, Synergy Group və Azərbaycan Şahmat Federasiyasının təşkil etdiyi ShamkirChess2017 superturnirinin təntənəli açılış mərasimi sabah keçiriləcək. Şəmkirdəki Heydər Əliyev Mərkəzində təşkil olunacaq açılış saat 18-30-da başlayacaq.

Əlaqədar

Bakıda Ümumdünya Şahmat Olimpiadasının təntənəli bağlanış mərasimi keçirilib
"Şahmat" avtobusunda gəzinti və müdrik oyunla tanışlıq
Kulisarxası şahmat olimpiadası: şah və vəzir Bakıdadır
Teqlər:
Vüqar Həşimov Memorialı, Synergy Group, Azərbaycan Şahmat Federasiyası, Vüqar Həşimov Şahmat Akademiyası, Heydər Əliyev Mərkəzi, Vüqar Həşimov, Sergey Karyakin, Şəmkir, Rusiya, Azərbaycan

Əsas mövzular