Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Alman maşını" Bakıdan qalib ayrıldı

© pixabay / 3844328 / footballФутбольное поле, фото из архива
Футбольное поле, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Almaniya millisi Bakıda Azərbaycan yığmasına qalib gəldi

BAKI, 26 mart — Sputnik. Futbol üzrə Azərbaycan millisi bu gün DÇ-2018-in seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb. Sputnik Azərbaycan-ın məlumatına görə, yığmamızın rəqibi C qrupunun lideri Almaniya yığması olub. Oyun Bakıda keçirilib.

Görüşdə hesabı 19-cu dəqiqədə qonaqlar açıblar. Almanları Şürrle irəli çıxarıb. 31-ci dəqiqədə Nazarov cavab topunu vurub — 1:1.

Lakin 5 dəqiqə sonra Müller yenidən almanları hesabda irəli çıxarıb. 45-ci dəqiqədə isə Qomes Azərbaycan yığmasının qapısından növbəti topu keçirib — 1:3.

İkinci hissədə 81-ci dəqiqədə Şürrle hesabı yenə dəyişdirib — 4:1. Oyun elə bu hesabla da başa çatıb.

Xəbər lenti
0