22:01 23 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8952
Formula-1 2016-cı il Əbu-Dabi Gran Prisi

"Mercedes"in pilotu bütün rəqiblərini geridə qoydu

© REUTERS / Ahmed Jadallah
İDMAN
Qısa URL
111 0 0

Hamiltonu, 1:43.243 dəqiqəlik nəticə ilə komanda yoldaşı Niko Rosberq izləyib

BAKI, 28 noy — Sputnik. "Formula-1" 2016-cı il üzrə mövsümə yekun vurulacaq Əbu-Dabi Gran Prisinə start verilib. Sputnik xəbər verir ki, Əbu-Dabi Qran Prisində ilin XXI yürüşündə 11 komandanın 22 pilotu iştirak edir.

Pilotlar artıq ilk 2 sərbəst çıxışlarını bitiriblər. I sərbəst yürüşdə ən uğurlu nəticəni "Mercedes" komandasının pilotu Luis Hamilton əldə edib. 31 yaşlı pilot 1:42,096 dəqiqə ilə rəqiblərini geridə qoya bilib.

“Mercedes” komandasının pilotu Luis Hamilton
© AFP 2019 / ANDREJ ISAKOVIC

İdmançını, 1:43.243 dəqiqəlik nəticə ilə komanda yoldaşı Niko Rosberq izləyib. Sərbəst yürüşün üçüncü pilləsində isə 1:43,297 dəqiqə ilə "Red Bull Racing"in pilotu Maks Ferstappen qərarlaşıb.

Onun komanda yoldaşı Daniel Rikkiardo 4-cü (1:43.362), "Scuderia Ferrari"nin pilotu Sebastyan Fettel isə 1:44.005 dəqiqəlik göstərici ilə 5-cidi.

Yas Marina Halqasında baş tutan ikinci məşqdə də eyni nəticələr təkrarlanıb. Yenə Hamilton bütün rəqiblərini qabaqlayaraq yaxşı nəticə göstərib — 1:40,861 dəqiqə.

Onu, I sərbəst yürüşdəki kimi Rosberq izləyib. O, bu dəfə komanda yoldaşından 0,079 dəqiqə geri qalıb. İlk üçlükdə dəyişiklik olub. Fettel (+0,269) Ferstappeni (+0,528) qabaqlayıb. Rikkiardo (+0,529) isə 5-ci yeri qoruyub.

Eyni zamanda, "Formula-1"ə dəstək üçün keçirilən GP2 və GP3 seriyaları üzrə sərbəst və sıralama yarışı da arxada qalıb. Səviyyəsinə görə yalnız əsas yürüşdən geri qalan GP2-də təsnifat mərhələsində Pyer Qasli ("Prema Racing") ən yaxşı göstəriciyə imza atıb. O, 1:47,476 dəqiqəlik nəticə göstə bilib.

Növbəti 2 ən yaxşı nəticəni Sergey Sirotkinlə (ART, 1:47,804) Artyom Markelov ("Russian Time", 1:47,901) göstərib.

Qeyd edək ki, günə "The Chamical Brothers"in konserti ilə yekun vurulub. Yarışda bu gün isə GP3 və GP2 seriyasının birinci yarışı, "Formula-1"in sərbəst yürüşü, həmçinin sıralama yarışı olacaq.

Onu da qeyd edək ki, Əbu-Dabidə keçirilən yarışda sabah dünya çempionun adına aydınlıq gələcək.

Əlaqədar

Formula 1 biletləri bu tarixdən etibarən satışa çıxarılacaq
Formula 1 Avropa Qran Prisi-nin adı dəyişir
Formula 1-in suvenirləri endirimli qiymətlərlə satılacaq
Formula 1-in kommersiya direktorunun qaynanası oğurlandı
Sputnik Formula 1 diplomu ilə mükafatlandırılıb
Formula 1 geyimləri satışa çıxarıldı
Teqlər:
Gran Pri, "Formula-1", Əbu-Dabi, "Mercedes", Luis Hamilton, pilot, yarış

Əsas mövzular