BAKI, 26 noy — Sputnik. “Formula-1” 2016-cı il üzrə mövsümə yekun vurulacaq Abu-Dabi Gran Prisinə start verilib. Sputnik xəbər verir ki, Abu-Dabinin Qran Prisində ilin XXI yürüşündə 11 komandanın 22 pilotu iştirak edir.
Pilotlar artıq ilk 2 sərbəst çıxışlarını bitiriblər. I sərbəst yürüşdə ən uğurlu nəticəni “Mercedes” komandasının pilotu Luis Hamilton əldə edib. 31 yaşlı pilot 1:42,096 dəqiqə ilə rəqiblərini geridə qoya bilib. İdmançını 1:43.243 dəqiqəlik nəticə ilə komanda yoldaşı Niko Rosberq izləyib. Sərbəst yürüşün üçüncü pilləsində isə 1:43,297 dəqiqə ilə “Red Bull Racing”in pilotu Maks Ferstappen qərarlaşıb.
Onun komanda yoldaşı Daniel Rikkiardo 4-cü (1:43.362), "Scuderia Ferrari"nin pilotu Sebastyan Fettel isə 1:44.005 dəqiqəlik göstərici ilə 5-cidi.
Yas Marina Həlqəsində baş tutan ikinci məşq də eyni nəticələr təkrarlanıb. Yenə Hamilton bütün rəqiblərini qabaqlayaraq yaxşı nəticə göstərib – 1:40,861 dəqiqə. Onun I sərbəst yürüşdəki kimi Rosberq izləyib. O, bu dəfə komanda yoldaşından 0,079 dəqiqə geri qalıb. İlk “üçlük”də dəyişiklik olub. Fettel (+0,269) Ferstappeni (+0,528) qabaqlayıb. Rikkiardo (+0,529) isə 5-ci yeri qoruyub.
Eyni zamanda “Formula-1”ə dəstək üçün keçirilən GP2 və GP3 seriyaları üzrə sərbəst və sıralama yarışı da arxada qalıb. Səviyyəsinə görə yalnız əsas yürüşdən geri qalan GP2-də təsnifat mərhələsində Pyer Qasli ("Prema Racing") ən yaxşı göstəriciyə imza atıb. O, 1:47,476 dəqiqəlik nəticə göstə bilib. Növbəti 2 ən yaxşı nəticəni Sergey Sirotkinlə (ART, 1:47,804) Artyom Markelov ("Russian Time", 1:47,901) göstərib.
Qeyd edək ki, günə “The Chamical Brothers”in konserti ilə yekun vurulub.
Yarışda bu gün isə GP3 və GP2 seriyasının birinci yarışı, “Formula-1”in sərbəst yürüşü, həmçinin sıralama yarışı olacaq.
Qeyd edək ki, Əbu-Dabidə keçirilən yarışda sabah dünya çempionun adına aydınlıq gələcək.