01:51 18 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
5601

Taleh Orucov: "Rio-de Janeyro oyunlarının da keçmiş olimpiya oyunları kimi maraqlı və baxımlı olacağına əminəm"

BAKI, 14 iyul — Sputnik. Ən nəhəng idman yarışının başlamasına sayılı günlər qalıb. 5 avqustda start götürəcək Rio-de Janeyro olimpiya oyunlarında Azərbaycan idmançıları da qüvvələrini sınayacaqlar. Yarışa 60-a yaxın idmançımız qatılacaq və onların Vətənə medallarla dönəcəklərinə ümidlər çoxdur.

Azərbaycan Kapoeyra Federasiyasının prezidenti Taleh Orucov Sputnik-ə açıqlamasında olimpiadadan gözləntilərini açıqlayıb: "Olimpiya yarışları dünyada ən məşhur və ən çox baxılan yarışlardır. Rio-de Janeyro oyunlarının da keçmiş olimpiya oyunları kimi maraqlı və baxımlı olacağına əminəm".

"Çox istəyirəm, taekvando və boksdan qızıl medalımız olsun. Elvin Məmişzadə boksda, Radik İsakov taekvando idman növündə Azərbaycana qızıl medal qazandırsın", — T. Orucov bildirib.

Əlaqədar

Rio Olimpiadasına hazırlaşan güləşçilərimiz Ukraynaya gediblər
Üç boksçumuz Rio Olimpiadasına lisenziya qazanıb
Ulan-Batorda Rio-ya vəsiqə verən I Dünya təsnifat turniri başa çatıb
Daha bir boksçumuz Rio Olimpiadasına vəsiqə qazanıb
Bu güləşçilər Azərbaycanı Rio Olimpiadasında təmsil edə bilərlər
Teqlər:
Azərbaycan Kapoeyra Federasiyası, Rio-de Janeyro olimpiya oyunları, Taleh Orucov, yarış, idman

Əsas mövzular