Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Çox istəyirəm, taekvando və boksdan qızıl medalımız olsun"

© Photo : OXUTaleh Orucov – Ümumdünya Kapoeyra Federasiyasının vitse-prezidenti, Azərbaycan Kapoeyra Federasiyasının prezidenti
Taleh Orucov – Ümumdünya Kapoeyra Federasiyasının vitse-prezidenti, Azərbaycan Kapoeyra Federasiyasının prezidenti - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Taleh Orucov: "Rio-de Janeyro oyunlarının da keçmiş olimpiya oyunları kimi maraqlı və baxımlı olacağına əminəm"

BAKI, 14 iyul — Sputnik. Ən nəhəng idman yarışının başlamasına sayılı günlər qalıb. 5 avqustda start götürəcək Rio-de Janeyro olimpiya oyunlarında Azərbaycan idmançıları da qüvvələrini sınayacaqlar. Yarışa 60-a yaxın idmançımız qatılacaq və onların Vətənə medallarla dönəcəklərinə ümidlər çoxdur.

Azərbaycan Kapoeyra Federasiyasının prezidenti Taleh Orucov Sputnik-ə açıqlamasında olimpiadadan gözləntilərini açıqlayıb: "Olimpiya yarışları dünyada ən məşhur və ən çox baxılan yarışlardır. Rio-de Janeyro oyunlarının da keçmiş olimpiya oyunları kimi maraqlı və baxımlı olacağına əminəm".

"Çox istəyirəm, taekvando və boksdan qızıl medalımız olsun. Elvin Məmişzadə boksda, Radik İsakov taekvando idman növündə Azərbaycana qızıl medal qazandırsın", — T. Orucov bildirib.

Xəbər lenti
0