06:19 08 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
1001

Klubun idmançıları bu ilin ilk yarısında əldə etdikləri medalların sayına görə, yenə də liderliyi qoruyub saxlayıblar

BAKI, 5 iyul — Sputnik. "Neftçi İdman Klubu" İctimai Birliyinin idmançıları bu ilin ilk yarısında əldə etdikləri medalların sayına görə, yenə də liderliyi qoruyub saxlayıblar. Sputnik bu barədə Neftçi İdman Klubunun (NİK) rəsmi saytına istinadən məlumat verib.

Klubun idmançıları ilin ilk altı ayı ərzində ölkədaxili və beynəlxalq səviyyəli yarışlarda böyük əzmkarlıq nümayiş etdirərək, 293-ü qızıl, 221-i gümüş və 257-si bürünc olmaqla, ümumilikdə 771 medala sahib olublar. Atletlərimiz dünya yarışlarında 7 (3 qızıl, 3 gümüş, 1 bürünc), Avropa yarışlarında 66 (27 qızıl, 9 gümüş, 30 bürünc), beynəlxalq turnirlərdə isə 179 medal (62 qızıl, 60 gümüş, 57 bürünc) qazanıblar.

Respublika səviyyəli yarışlarda 224 medala (92 qızıl, 57 gümüş, 75 bürünc) yiyələnən idmançılarımız, paytaxt yarışlarında 178 (57 qızıl, 60 gümüş, 61 bürünc), digər yarışlarda isə 117 (52 qızıl, 32 gümüş, 33 bürünc) dəfə fəxri kürsüdə yer alıblar.

Əlaqədar

"Formula-1" ilə əlaqədar Neftçilər Xəstəxanasında xüsusi şəraitli palata yaradılıb
Məşhur futbolçu “Neftçi”yə başçılıq edəcək
“Neftçi”nin baş məşqçisi istefa verib
Teqlər:
medal, lider, idmançı, idman, futbol, "Neftçi İdman Klubu"

Əsas mövzular