Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Neftçi" azarkeşlərini məyus edən nədir?

© Photo : neftchipfk.comNeftçi futbol klubunun azərkeşləri. Arxiv şəkli
Neftçi futbol klubunun azərkeşləri. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Klubun məğlubiyyətinin səbəbləri ilə bağlı onun tərəfdarları arasında fərqli versiyalar irəli sürülür. Bəziləri qorxaq taktikanı, bəziləri isə psixoloji hazırlıqsızlığı önə sürürlər.

BAKI, 31 may — Sputnik. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən final matçında "Qarabağ" və "Neftçi" komandaları üz-üzə gəlib. Qarabağ Neftçini 1:0 hesabla məğlub edərək Azərbaycan kubokunun qalibi olub.

Sputnik-in əməkdaşı "Neftçi"nin bir neçə azarkeşindən oyunun nəticəsi haqqında münasibət alıb. Azarkeşlərin fikirlərini təqdim edirik.

© Photo : E.Bayramovun şəxsi arxiviElçin Bayramov, "Neftçi" klubunun azərkeşi
Elçin Bayramov, Neftçi klubunun azərkeşi - Sputnik Azərbaycan
Elçin Bayramov, "Neftçi" klubunun azərkeşi

Elçin Bayramov: "Qarabağın qalib gəlməsi gözlənilən idi. Bunu görmək üçün sadəcə turnir cədvəlinə baxmaq kifayətdir. Lakin əminliklə deyim ki, 3-4 il əvvəlki liqa olsa, "Qarabağ" belə rahat çempion olmazdı. Məğlubiyyəti həzm etdik. Ancaq son saniyə qolu azarkeş kimi çox pis təsir etdi mənə. Oyun hər şeyi dedi. Ancaq biz taktikamızı qınaya bilərik, finalda "Neftçi"miz mövsümün ən qorxaq taktikasını seçdi. Lakin uşaqlar əzmkarlıq göstərdilər. Qorxaq futbolla irəli getmək mümükün deyil. Vəli Qasımov bəlkə də yalnız 1 oyun üçün belə etdi, amma özünü doğrultmadı. Daha doğrusu, 1 dəqiqəsi çatmadı özünü doğrultmağa".

Kənan Paşabəyli: "Bu günkü "Neftçi" ilə "Qarabağ"ın fərqi ondadır ki, "Qarabağ" çempion ruhlu komandadır. Həm heyət baxımından, həm də psixoloji durumları baxımından güclüdürlər. "Qarabağ" bu gün rəqibsiz komandadır. Bu gün "Qarabağ"la "Neftçi"ni bir tərəziyə qoymaq olmaz. Məşhur futbol yazarı Qara Linkerin bir sözü var: "Qalib məşqçi və qalibiyətə aparan məşqçi. Bunlar fərqli peşələrdir". "Neftçi"yə qalibiyyətə aparan məşqçi lazimdir".

© Photo : Java EladisoyCavanşir Eladisoy, filmin rejissoru
Cavanşir Eladisoy, filmin rejissoru - Sputnik Azərbaycan
Cavanşir Eladisoy, filmin rejissoru

Cavanşir Eladisoy: "Söhbət "Neftçi"nin məğlubiyyətindən deyil, "Qarabağ"ın qələbəsindən gedir. "Qarabağ" adını hansı yolla olur olsun, dünyaya çatdırmalıdılar. Amma mənə görə, futbol arenasında bu tip oyunlar çox iyrəncdir. İstəyə nail olunacaq deyə bu qədər azarkeşin haqqına girilir. Düzdür, bunu azarkeşdən başqa düşünən yoxdur, yaşıl meydanları da siyasi arenaya çeviriblər. Yəni qısası, mövzu "Neftçi" deyil, "Qarabağ"dır. Ona görə də "Neftçi"nin imkanları hərtərəfli sıxışdırılır".

Xəbər lenti
0