04:42 23 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
6601

İtaliya İrlandiyaya məğlub olub. Portuqaliya Macarıstanla qarşılaşmadan heç-heçə ayırılıb. Belçika isə İsveçi minimal hesablı məğlubiyyətə uğradaraq evlərinə yola salıb.

BAKI, 23 iyun — Sputnik. Avropa çempionatında qrup mərhələsinin son oyunları keçirilib. Sputnik xəbər verir ki, F və E qrupundakı qarşılaşmalardan sonra 1/8 finala çıxacaq bütün komandaların adına aydınlıq gəlib.

İlk olaraq F qrupunda İslandiya Avstriya, Macarıstan isə Portuqaliya ilə oynayıb. Son dəqiqə qolu ilə Avstriyanı məğlub edən İslandiya Macarıstanın ardınca ikinci yerin sahibi kimi 1/8 finala yüksəlib. Portuqaliya da bu sevinci yaşayan komandalardan olub. Ronaldo və dostları dramatik matçda Macarıstanla bərabərə qalaraq, yekunda 3 xalla 3-cü olub və ən yaxşı üçüncülərdən biri kimi növbəti mərhələyə çıxıb.

E qrupunda isə liderliyi təmin etmiş İtaliyaya qalib gələn İrlandiya 4 xalla üçüncülüyü və 1/8 finala vəsiqəni təmin edib. Belçika isə İsveçi minimal hesablı məğlubiyyətə uğradaraq evlərinə yola salıb.

Beləliklə:

 

E qrupu

İtaliya — İrlandiya — 0:1

Qol: Bredi, 85

Baş hakim: Ovidiu Hateqan

Yan xətt hakimləri: Oktavian Șovre, Sebastian George

Əlavə köməkçi hakimlər: Aleksandru Tudor, Sebastian Kolţesku (hamısı Rumıniya)

Dördüncü hakim: Tasos Sidiropulos (Yunanıstan)

Lill. "Pyerr Morua" stadionu

 

İsveç — Belçika — 1:0

Qol: Naynqolan, 84

Baş hakim: Feliks Brix

Yan xətt hakimləri: Mark Borş, Stefan Lupp

Əlavə köməkçi hakimlər: Bastian Dankert, Marko Frits (hamısı Almaniya)

Dördüncü hakim: Matey Yuq (Sloveniya)

Nitsa. Şəhər stadionu


F qrupu

İslandiya — Avstriya — 2:1

Qollar: Bödvarsson, 18, Traustason, 90+4 — Şöpf, 60

Baş hakim: Şimon Marçinyak

Yan xətt hakimləri: Pavel Sokolniçki, Tomaş Listkieviç

Əlavə köməkçi hakimlər: Pavel Raçkovski, Tomaş Musial (hamısı Polşa)

Dördüncü hakim: Mark Klattenburq (İngiltərə)

Sen-Deni. "Stad de Frans"


Macarıstan — Portuqaliya — 3:3

Qollar: Gera, 18, Cucak, 47, 55 — Nani, 41, Ronaldo, 50, 62

Baş hakim: Martin Atkinson

Yan xətt hakimləri: Maykl Mellerki, Stefen Kild

Əlavə köməkçi hakimlər: Maykl Oliver, Kreyq Pouson (hamısı İngiltərə)

Dördüncü hakim: Aleksey Kulbakov (Belarus)

Lion. Şəhər stadionu

Əlaqədar

Məşhur futbolçudan inanılmaz davranış
Futbol psixozunun arxasında nə dayanır?
Futbol bayramı davam edir
UEFA Rusiya Futbol İttifaqına 150 min avro cərimə kəsib
Azərbaycanlılardan Avropa futbol çempionatına dair maraqlı proqnozlar
Futbol üzrə Avropa çempionatı başlayır
Teqlər:
İtaliya komandası, Portuqaliya, top, Avropa çempionatı, yarış, futbol

Əsas mövzular