05:42 23 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9069
Formula 1 yarışları. Arxiv şəkli

"Formula 1-ə qərar veriləndə devalvasiya olacağı ağıla gəlmirdi"

© Sputnik / Евгений Одиноков
İDMAN
Qısa URL
9801

Azərbaycanın paytaxtında keçiriləcək beynəlxalq idman tədbirinə yanaşmada fikirlər müxtəlifdir: tədbirin ölkəmizin dünyada nüfuzunun artmasına xidmət edəcəyini düşünənlər də var, bunu o qədər önəmli hesab etməyənlər də.

BAKI, 14 mart — Sputnik. 2016-cı ilin yay aylarında Azərbaycanda keçiriləcək Formula 1 yarışları ilə bağlı, Sputnik ənənəvi sorğusunu davam etdirir. Nəticələri təqdim edirik:

Sərdar Amin — teleaparıcı: "Mən əslində, gənclərimizin əzələlərini deyil, beynini inkişaf etdirmələrindən yanayam. İdman ölkəni tanıtmaqda effektiv silah ola bilər. Amma təkcə bu silahla kifayətlənmək olmaz. Formula 1 yarışının Azərbaycanda devalvasiya ərəfəsində keçirilməsinə gəlincə, bu məsələyə birtərəfli baxmaq düzgün deyil. Yəni bu yarışın keçirilmə planı çox güman ki, bir neçə il əvvəl qurulub. Hansı ki, o vaxt devalvasiyadan söhbət belə, getmirdi".

Anar Əhmədov — idman jurnalisti: "Yaxşı olardı ki, belə yarışların keçirilməsinə xərclənəcək pullar sosial-iqtisadi sahələrə ayrılsın. Düzdür, bu tipli yarışlar ölkənin beynəlxalq aləmdə nüfuzuna xidmət edir. Amma dünyada belə bir praktika var ki, bu cür yarışların keçirilməsinə razılıq verilməzdən qabaq, ölkənin sosial-iqtisadi vəziyyəti nəzərə alınır".

Azər Niftiyev — jurnalist: "Heç şübhəsiz, Azərbaycanın beynəlxalq miqyasda rolunun artırılması, idman ölkəsi olaraq dünyada əhəmiyyətinin yüksəlməsi baxımından olduqca mühüm hadisədir. Hesab edirəm ki, bu yarışlar inkişaf yolunda ölkəmizə yeni dividendlər gətirəcək. Nəzərə alanda ki, bu cür idman yarışları həm də özlüyündə siyasi bir hadisədir, bu mənada diplomatik baxımdan da ölkəmiz üçün diqqətçəkən olacaq. Baxmayaraq ki, bəziləri dünyada gedən qlobal iqtisadi problemlər fonunda bu yarışmanın keçirilməsini tənqid edirlər, bütün mənalarda bu tədbir ölkəmiz üçün yeni imkanlar açacaq".

Əlaqədar

Nazir: Formula 1-in bilet satışından 3-4 milyon gəlir əldə edəcəyik
Fernando Alonso Formula 1 Avropa Qran Prisinin rəsmi elçisi elan olundu
Formula 1-in akkreditasiya qaydaları açıqlandı
Formula 1 Avropa Qran Prisinin ilk rəsmi elçiləri elan olundu
Nazir: Azərbaycan "Formula-1" yarışlarını 5 il məcburi keçirməlidir
Teqlər:
Azər Niftiyev, Anar Əhmədov, Sərdar Amin, yarış, Formula 1

Əsas mövzular