17:20 25 Fevral 2018
Canlı yayım
Штангист

Azərbaycan idmançıları yenə saxtakarlıq üstündə yaxalandılar

İDMAN
Qısa URL
12511

ABŞ-ın Hyuston şəhərində keçirilən dünya çempionatından sonra idmançılarımız növbəti qalmaqalla üzləşib.

BAKI, 25 dek-Sputnik. ABŞ-ın Hyuston şəhərində keçirilən dünya çempionatından sonra idmançılarımız növbəti qalmaqalla üzləşib. Rioya 4 lisenziyanı qazanan yığmamızın üzvlərinin bir-bir dopinqdə "ilişməsi" isə vəsiqələrimizi də sual altına alıb.

Azərbaycan millisinin daha 3 ağırlıqqaldıranı dopinq testdən keçə bilməyib.

Sputnik Apasport-a istinadla xəbər verir ki, Valentin Xristov (62 kq), Elxan Əliquluzadə (77 kq) və Silviya Angelovanın (48 kq) ardınca Firudin Quliyev (69 kq), İntiqam Zairov (94 kq) və Dadaş Dadaşbəylinin (105 kq) də orqanizmindən götürülən analiz pozitiv göstərib.

Yəni 6 ağırlıqqaldıranımızın A testi müsbəti göstərdiyinədn, B testini gözləmək məcburiyyətindəyik. Əgər bu yenidən təkrarlanarsa, ağırlıqqaldıranlarımız ömürlük diskvalifikasiya olunmaqla yanaşı, Olimpiadadan da kənar qalacaqlar.

"Dopinq qəhrəmanları"ndan Firudin Quliyev mundialda 6-cı, İntiqam Zairovla Dadaş Dadaşbəyli isə 9-cu yeri tutmuşdu. 3 atlet ümumilikdə millimizə 45 (20+17+18) lisenziya xalı qazandırmışdı.

Teqlər:
Dadaş Dadaşbəyli, İntiqam Zairov, Firudin Quliyev, Silviya Angelova, Elxan Əliquluzadə, Valentin Xristov, dopinq, Hyuston, ABŞ

Əsas mövzular