https://sputnik.az/20210828/Gnd-partlaylar-bu-gn-aktivlik-narnc-hdddir-427798034.html
Günəşdə partlayışlar: bu gün aktivlik narıncı həddədir
Günəşdə partlayışlar: bu gün aktivlik narıncı həddədir
Sputnik Azərbaycan
Partlayış anında planet sistemimizin yeganə ulduzunun kosmosa atdığı plazma buludu iki-üç gün sonra Yerdə maqnit qasırğasına səbəb ola bilər. 28.08.2021, Sputnik Azərbaycan
2021-08-28T17:24+0400
2021-08-28T17:24+0400
2021-11-16T20:29+0400
xəbərlər
elm
cəmiyyət
günəş
partlayış
maqnit qasırğası
dünya
https://cdnn1.img.sputnik.az/img/42258/12/422581273_0:18:3000:1706_1920x0_80_0_0_f7dec80d43f3adc7d6128bc3488474b4.jpg
BAKI, 28 avqust - Sputnik. Günəşdə üçüncü gündür ki, partlayışlar davam edir. Günəş aktivliyinin artması barədə məlumatı ABŞ-ın Milli Okean və Atmosfer Araşdırmaları İdarəsinin Kosmik Hava Proqnozu Mərkəzinin saytı yayıb.Sputnik Azərbaycan-ın məlumatına görə, son sutka ərzində alimlər C sinfindən olan yeddi partlayış qeydə alıblar. Bu gün səhər isə M sinfindən olan güclü partlayış olub.P.N.Lebedev adına Fizika İnstitutunun Günəşin rentgen astronomiyası laboratoriyasında da aktivlik səviyyəsi narıncı həddə qaldırılıb.Günəşdə partlayışların gücü A, B, C, M və X hərfləri ilə işarə olunur. Partlayış anında planet sistemimizin yeganə ulduzunun kosmosa atdığı plazma buludu iki-üç gün sonra Yerdə maqnit qasırğasına səbəb ola bilər. Zəif maqnit qasırğası enerji sistemlərinin işində xırda nasazlıq yarada, heyvan və quşların miqrasiya trayektoriyasına təsir edə bilər. Daha güclüləri isə qısadalğalı rabitə və naviqasiya sistemlərində pozuntulara, həmçinin sənaye şəbəkələrində gərginliyin artıb-azalmasına səbəb ola bilər.Eləcə də oxuyun:Ruslar kosmosa uçmaq üçün yeni texnologiyanı test edirlər: hava əvəzinə mayeKosmosa uçmaq Bezosa baha başa gəldi: O, daha dünyanın ən varlısı deyilİlk dəfə: Eynşteynin nəzəriyyəsinin sübutunu gördülərRusiya kosmik zibilin Yerə düşməsi proqnozunu verən sistem yaratmağı təklif edib
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42258/12/422581273_332:0:3000:2001_1920x0_80_0_0_53d29218531a187aaa21b51a90825287.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, günəş, partlayış, maqnit qasırğası, dünya
xəbərlər, günəş, partlayış, maqnit qasırğası, dünya
Günəşdə partlayışlar: bu gün aktivlik narıncı həddədir
17:24 28.08.2021 (Yenilənib: 20:29 16.11.2021) Partlayış anında planet sistemimizin yeganə ulduzunun kosmosa atdığı plazma buludu iki-üç gün sonra Yerdə maqnit qasırğasına səbəb ola bilər.
BAKI, 28 avqust - Sputnik. Günəşdə üçüncü gündür ki, partlayışlar davam edir. Günəş aktivliyinin artması barədə məlumatı ABŞ-ın Milli Okean və Atmosfer Araşdırmaları İdarəsinin Kosmik Hava Proqnozu Mərkəzinin saytı yayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, son sutka ərzində alimlər C sinfindən olan yeddi partlayış qeydə alıblar. Bu gün səhər isə M sinfindən olan güclü partlayış olub.
P.N.Lebedev adına Fizika İnstitutunun Günəşin rentgen astronomiyası laboratoriyasında da aktivlik səviyyəsi narıncı həddə qaldırılıb.
Günəşdə partlayışların gücü A, B, C, M və X hərfləri ilə işarə olunur. Partlayış anında planet sistemimizin yeganə ulduzunun kosmosa atdığı plazma buludu iki-üç gün sonra Yerdə maqnit qasırğasına səbəb ola bilər.
Zəif maqnit qasırğası enerji sistemlərinin işində xırda nasazlıq yarada, heyvan və quşların miqrasiya trayektoriyasına təsir edə bilər. Daha güclüləri isə qısadalğalı rabitə və naviqasiya sistemlərində pozuntulara, həmçinin sənaye şəbəkələrində gərginliyin artıb-azalmasına səbəb ola bilər.
Ruslar
kosmosa uçmaq üçün yeni texnologiyanı test edirlər: hava əvəzinə maye
Kosmosa uçmaq
Bezosa baha başa gəldi: O, daha dünyanın ən varlısı deyil