Kosmosa uçmaq Bezosa baha başa gəldi: O, daha dünyanın ən varlısı deyil

© AFP 2023 / JOE RAEDLEДжефф Безос
Джефф Безос - Sputnik Azərbaycan, 1920, 31.07.2021
Abunə olmaq
Dünyanın ən zəngin insanlarının reytinq siyahısının lideri “Louis Vuitton Moët Hennessy” (LVMH) şirkətinin sahibi Bernar Arno olub.

BAKI 31 iyul - Sputnik.  “Amazon” şirkətinin banisi Ceff Bezos dünyanın ən zəngin insanlarının reytinq siyahısına liderliyini itirib.

Sputnik Azərbaycan Reporta istinadla xəbər verir ki, bununla bağlı yeniliklər real zaman rejimi ilə yenilənən “Forbes Real-Time”ın siyahısında çıxıb.

Hazırda Bezosun sərvəti 192,4 milyard ABŞ dollar məbləğində qiymətləndirilir. Onun sərvəti bir gün ərzində 6,76 faiz və ya 13,9 milyard ABŞ dolları azalıb.

Dünyanın ən zəngin insanlarının reytinq siyahısının lideri “Louis Vuitton Moët Hennessy” (LVMH) şirkətinin sahibi Bernar Arno olub. “Forbes”in versiyasına görə, onun sərvəti 192,9 milyard ABŞ dollarına çatır.

Siyahıda üçüncü yeri “SpaceX”-in rəhbəri, “Tesla”nın baş direktoru İlon Mask tutur. Onun sərvəti bir gün ərzində 2,2 milyard ABŞ dolları artıb və 179,4 milyard ABŞ dolları olub.

Bezosun sərvəti “Amazon”un səhmlərinin ucuzlaşmasına görə azalıb.

Həmçinin oxuyun:

* İyirmi səkkiz milyonluq uçuş reallaşdı: dünyanın ən varlı adamı kosmosda olub

* Dünyanın ən varlı adamı şirkətdəki vəzifəsindən ayrıldı: İndi sırada kosmosa uçmaqdır

* Dünyanın ən varlı adamı kosmosa uçacaq

Xəbər lenti
0