06:59 17 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0077
  • RUB0.0235
RUSİYA
Qısa URL
17 0 0

Roqozin həmçinin qeyd edib ki, bu texnologiya sualtı qayıqların ekipajı üçün də həyati vacib əhəmiyyət daşıyır.

BAKI, 25 avqust - Sputnik. "Roskosmos"un baş direktoru Dmitri Roqozin deyib ki, 2017-ci il dekabrın 19-da təşkil olunmuş eksperimentin nəticələrindən 10-15 il sonra kosmonavtları uzun məsafələrə göndərmək üçün istifadə olunacaq. Yəni onlar fantastik filmlərdə gördüyümüz kimi, xüsusi maye ilə dolu kapsullarda uzunmüddətli uçuşları rahatca keçirəcəklər.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən bildirir ki, həmin eksperiment zamanı Nikolas adlı taksa maye ilə dolu akvariuma salınmışdı və su altında nəfəs alırdı.

Roqozin həmçinin qeyd edib ki, bu texnologiya sualtı qayıqların ekipajı üçün də həyati vacib əhəmiyyət daşıyır. O vurğulayıb ki, əgər maye ilə nəfəs almaq texnologiyası 21 il əvvəl mövcud olsaydı, o zaman "Kursk" sualtı qayığının heyətini faciəli ölümdən qurtarmaq olardı.

"Roskosmos" rəhbəri eləcə də təcrübədə istifadə olunan taksanın taleyindən də danışıb. Onun sözlərinə görə, it hazırda onun köməkçisi Artyom Lepesinin yanında yaşayır və motosikldə gəzir. 

Xatırladaq ki, 2017-ci ilin dekabrında D.Roqozin Serbiyanın prezidenti Aleksandr Vuçiçə yerli texnologiyanı - su altına nəfəs almağa imkan verən oksigen tərkibli mayeni nümayiş etdirmişdi. Bunun üçün taksadan istifadə olunmuşdu. Maye dolu çənə atılan taksa ağciyərləri maye ilə dolanadək çabalayırdı, sonra isə rahatca nəfəs almağa başladı.

 

"Kursk" K-141 atom sualtı qayığı 2000-ci il avqustun 12-də Barens dənizində qəzaya uğrayıb. O zaman 118 nəfər - bütün heyət və qayığa ezam olunmuş "Daqdizel" zavodunun nümayəndəsi həlak olmuşdu. Baş prokurorluğun məlumatına görə, faciəyə səbəb yanacağın komponentlərinin sızması nəticəsində torpedanın partlaması olmuşdu. 23 nəfər hermetik 9-cu bölmədə sağ qalmışdı. Müxtəlif versiyalara görə, onlar bir neçə saatdan iki sutkayadək sağ qala bilərdilər. Ancaq onları nə rusiyalı, nə də əməliyyata cəlb olunmuş xarici mütəxəssislər xilas edə bildilər.

Eləcə də oxuyun:

 

Teqlər:
Dmitri Roqozin, eksperiment, maye, hava, oksigen, kosmos, sualtı qayıq

Əsas mövzular