https://sputnik.az/20210805/muellimlerin-ishe-qebulu-ile-baqli-yeni-xeber-427625643.html
Son günlərin ən çox müzakirə olunan xəbəri: TN kimlərin iş yeri seçə biləcəyini açıqladı
Son günlərin ən çox müzakirə olunan xəbəri: TN kimlərin iş yeri seçə biləcəyini açıqladı
Sputnik Azərbaycan
On bir fənn üzrə namizədlər şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər. Onların avqustun 6-sı, 10:59-dək vaxtları var. 05.08.2021, Sputnik Azərbaycan
2021-08-05T11:45+0400
2021-08-05T11:45+0400
2021-11-17T00:00+0400
xəbərlər
cəmiyyət
elm
imtahan
müəllim
fənn
vakansiya
seçim
elm və təhsil nazirliyi
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42032/57/420325797_0:78:3001:1766_1920x0_80_0_0_c1f48dc78747ab999559fdea30f34c1f.jpg
BAKI, 5 avqust — Sputnik. 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində Azərbaycan dili, alman dili, fizika, fiziki tərbiyə, fransız dili, kimya, informatika, riyaziyyat, rus dili və ədəbiyyatı, texnologiya və təsviri incəsənət fənləri üzrə test imtahanlarında iştirak etmiş namizədlər üçün vakansiya seçimi prosesi davam edir.Bu barədə Sputnik Azərbaycan-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, qeyd olunan fənlər üzrə namizədlər şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər. Vakansiya seçimi prosesi avqustun 6-sı saat 10:59-dək davam edəcək.Qeyd edək ki, müəllimlərin işə qəbulu müsabiqəsində informatika fənni üzrə iştirak etmiş namizədlərə bu il ilk dəfə olaraq "Rəqəmsal bacarıqlar" layihəsi üzrə də vakansiya seçmək imkanı verilib. Həmin namizədlər şəxsi səhifələrinə daxil olaraq layihə üzrə çıxarılan vakansiyaları seçə bilərlər.Müəllimlərin işə qəbulu imtahanı Son günlər müəllimlərin işə qəbulu imtahanı (MİQ) ilə bağlı müzakirələr səngimək bilmir. Narazılıqlara son qoyulması üçün Təhsil Nazirliyi 12 iyulda ibtidai sinif müəllimliyi, 23 və 26 iyulda Azərbaycan dili və ədəbiyyat müəllimliyi ilə bağlı keçirilən imtahanlarda iştirak edənlərə əlavə şans və bal təklif edib. Ancaq iyulun 9-da ibtidai sinif üzrə MİQ imtahanlarında iştirak edən müəllimlərin müraciəti cavabsız qalıb.Təhsil naziri Emin Əmrullayev avqustun 4-də sosial şəbəkədə canlı yayım açaraq narazı müəllimlərin suallarını cavablandırıb. O, sualların çətin olduğunu etiraf etsə də, imtahanların ədalətsiz olmadığını vurğulayıb.Eləcə də oxuyun:İmtahan narazılığı böyüyür - İkili yanaşma müəllimləri nazirliklə üz-üzə qoyubMİQ imtahanları ilə bağlı narazılıqlara aydınlıq gətirildiTəhsil naziri: müəllim işləmək istəyənlərin sayı artıb
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42032/57/420325797_0:0:2695:2021_1920x0_80_0_0_f45c40ba09149ebcbd22a3e23808f0c9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər, imtahan, müəllim, fənn, vakansiya, seçim, elm və təhsil nazirliyi, azərbaycan
xəbərlər, imtahan, müəllim, fənn, vakansiya, seçim, elm və təhsil nazirliyi, azərbaycan
Son günlərin ən çox müzakirə olunan xəbəri: TN kimlərin iş yeri seçə biləcəyini açıqladı
11:45 05.08.2021 (Yenilənib: 00:00 17.11.2021) On bir fənn üzrə namizədlər şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər. Onların avqustun 6-sı, 10:59-dək vaxtları var.
BAKI, 5 avqust — Sputnik. 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində Azərbaycan dili, alman dili, fizika, fiziki tərbiyə, fransız dili, kimya, informatika, riyaziyyat, rus dili və ədəbiyyatı, texnologiya və təsviri incəsənət fənləri üzrə test imtahanlarında iştirak etmiş namizədlər üçün vakansiya seçimi prosesi davam edir.
Bu barədə
Sputnik Azərbaycan-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, qeyd olunan fənlər üzrə namizədlər şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər. Vakansiya seçimi prosesi avqustun 6-sı saat 10:59-dək davam edəcək.
Qeyd edək ki, müəllimlərin işə qəbulu müsabiqəsində informatika fənni üzrə iştirak etmiş namizədlərə bu il ilk dəfə olaraq "Rəqəmsal bacarıqlar" layihəsi üzrə də vakansiya seçmək imkanı verilib. Həmin namizədlər şəxsi səhifələrinə daxil olaraq layihə üzrə çıxarılan vakansiyaları seçə bilərlər.
Müəllimlərin işə qəbulu imtahanı
Son günlər müəllimlərin işə qəbulu imtahanı (MİQ) ilə bağlı müzakirələr səngimək bilmir. Narazılıqlara son qoyulması üçün Təhsil Nazirliyi 12 iyulda ibtidai sinif müəllimliyi, 23 və 26 iyulda Azərbaycan dili və ədəbiyyat müəllimliyi ilə bağlı keçirilən imtahanlarda iştirak edənlərə əlavə şans və bal təklif edib. Ancaq iyulun 9-da ibtidai sinif üzrə MİQ imtahanlarında iştirak edən müəllimlərin müraciəti cavabsız qalıb.
Təhsil naziri Emin Əmrullayev avqustun 4-də sosial şəbəkədə canlı yayım açaraq narazı müəllimlərin
suallarını cavablandırıb. O, sualların çətin olduğunu etiraf etsə də, imtahanların ədalətsiz olmadığını vurğulayıb.
İmtahan narazılığı böyüyür -
İkili yanaşma müəllimləri nazirliklə üz-üzə qoyub
Təhsil naziri: müəllim işləmək istəyənlərin sayı artıb