https://sputnik.az/20210804/Thsil-naziri-naraz-mllimlr-cavab-verdi-427622642.html
Təhsil naziri narazı müəllimlərə cavab verdi
Təhsil naziri narazı müəllimlərə cavab verdi
Sputnik Azərbaycan
Emin Əmrullayev deyib ki, 30 baldan aşağı bal toplayan müəllimlər müəllim kimi işə qəbul olunmur. Müəllim əgər 30 baldan yuxarı toplayıbsa o, prinsipcə müəllim... 04.08.2021, Sputnik Azərbaycan
2021-08-04T19:34+0400
2021-08-04T19:34+0400
2021-11-16T23:59+0400
xəbərlər
cəmiyyət
elm
nazir
təhsil
müəllim
məktəb
imtahan
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/01/16/426031243_0:0:3072:1728_1920x0_80_0_0_12fdc976d217b9b962a60188f2fb955a.jpg
BAKI, 4 avqust — Sputnik. Təhsil naziri Emin Əmrullayev özünün sosial şəbəkə hesabında Müəllimlərin İşə Qəbul İmtahanın ədalətsiz keçirilməsi ilə bağlı ittihamlara cavab verib. Sputnik Azərbaycan-ın məlumatına görə, nazir bildirib ki, namizədlər riyaziyyat və ingilis dili ixtisasları üzrə MİQ imtahanlarının çətinliyindən şikayətlənməkdə müəyyən qədər haqlıdırlar.E.Əmrullayev onu da bildirib ki, 30 baldan aşağı bal toplayan müəllimlər müəllim kimi işə qəbul olunmur."Müəllim əgər 30 baldan yuxarı toplayıbsa o, prinsipcə müəllim işləyə bilər", - deyə nazir vurğulayıb. Nazir imtahan vaxtının uzadılması ilə bağlı təkliflərin dəyərləndiriləcəyini, müddətin artırılmasının mümkün olduğunu söyləyib və məktəblərdə vakant yerlərin gizlədilməsindən də danışıb. Onun sözlərinə görə, əgər kimdəsə belə fakt varsa nazirliyə müraciət edə bilər."Bu barədə bəzən media da yazır. Amma məktəbin adını qeyd etmir. Əgər düşünürsünüzsə ki, hansısa məktəblərdə vakant yerlər gizlədilib, bu barədə bizə məlumat verin. Məktəblərin adını qeyd edin, araşdıraq", - deyə nazir söyləyib.Eləcə də oxuyun:Təhsil naziri: müəllim işləmək istəyənlərin sayı artıbDiplomu tanınmayanlar: Kimi təhsil aldığı ölkədə olmayıb, kimi də tədris dilini bilmirİmtahan narazılığı böyüyür - İkili yanaşma müəllimləri nazirliklə üz-üzə qoyub
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/16/426031243_170:0:2901:2048_1920x0_80_0_0_aad3a8b710d6fd432c76ee5de99c11e5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər, nazir, təhsil, müəllim, məktəb, imtahan, azərbaycan
xəbərlər, nazir, təhsil, müəllim, məktəb, imtahan, azərbaycan
Təhsil naziri narazı müəllimlərə cavab verdi
19:34 04.08.2021 (Yenilənib: 23:59 16.11.2021) Emin Əmrullayev deyib ki, 30 baldan aşağı bal toplayan müəllimlər müəllim kimi işə qəbul olunmur. Müəllim əgər 30 baldan yuxarı toplayıbsa o, prinsipcə müəllim işləyə bilər.
BAKI, 4 avqust — Sputnik. Təhsil naziri Emin Əmrullayev özünün sosial şəbəkə hesabında Müəllimlərin İşə Qəbul İmtahanın ədalətsiz keçirilməsi ilə bağlı ittihamlara cavab verib.
Sputnik Azərbaycan-ın məlumatına görə, nazir bildirib ki, namizədlər riyaziyyat və ingilis dili ixtisasları üzrə MİQ imtahanlarının çətinliyindən şikayətlənməkdə müəyyən qədər haqlıdırlar.
"Suallar çətin olub, amma imtahanlar ədalətsiz olmayıb. MİQ imtahanlarında ibtidai sinif üzrə 3 920 müəllim 41-60 bal aralığında nəticə göstərib. Ümumilikdə 402 nəfər 56-60 bal yığdığından onlar arasında rəqabət yaranacaq. Riyaziyyat fənni üzrə isə 3 nəfər 56-60 bal yığıb, amma ingilis dili fənni üzrə heç bir namizəd bu nəticəni göstərə bilməyib. Bu o demək deyil ki, həmin fənn müəllimlərinin biliyi zəifdir. Bütün bunlar ilkin nəticələrdir. Riyzaiyyat fənni müəllimləri başa düşməlidirlər ki, suallar çətin olsa da, imtahanlar ədalətsiz təşkil olunmayıb", - deyə nazir bildirib.
E.Əmrullayev onu da bildirib ki, 30 baldan aşağı bal toplayan müəllimlər müəllim kimi işə qəbul olunmur.
"Müəllim əgər 30 baldan yuxarı toplayıbsa o, prinsipcə müəllim işləyə bilər", - deyə nazir vurğulayıb.
Nazir imtahan vaxtının uzadılması ilə bağlı təkliflərin dəyərləndiriləcəyini, müddətin artırılmasının mümkün olduğunu söyləyib və məktəblərdə vakant yerlərin gizlədilməsindən də danışıb. Onun sözlərinə görə, əgər kimdəsə belə fakt varsa nazirliyə müraciət edə bilər.
"Bu barədə bəzən media da yazır. Amma məktəbin adını qeyd etmir. Əgər düşünürsünüzsə ki, hansısa məktəblərdə vakant yerlər gizlədilib, bu barədə bizə məlumat verin. Məktəblərin adını qeyd edin, araşdıraq", - deyə nazir söyləyib.
İmtahan narazılığı böyüyür - İkili yanaşma müəllimləri nazirliklə üz-üzə qoyub