CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Son günlərin ən çox müzakirə olunan xəbəri: TN kimlərin iş yeri seçə biləcəyini açıqladı

© AR Ministry of EducationTəhsil Nazirliyi
Təhsil Nazirliyi - Sputnik Azərbaycan, 1920, 05.08.2021
Abunə olmaq
On bir fənn üzrə namizədlər şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər. Onların avqustun 6-sı, 10:59-dək vaxtları var.
 
BAKI, 5 avqust — Sputnik. 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində Azərbaycan dili, alman dili, fizika, fiziki tərbiyə, fransız dili, kimya, informatika, riyaziyyat, rus dili və ədəbiyyatı, texnologiya və təsviri incəsənət fənləri üzrə test imtahanlarında iştirak etmiş namizədlər üçün vakansiya seçimi prosesi davam edir.
Bu barədə Sputnik Azərbaycan-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, qeyd olunan fənlər üzrə namizədlər şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər. Vakansiya seçimi prosesi avqustun 6-sı saat 10:59-dək davam edəcək.
Qeyd edək ki, müəllimlərin işə qəbulu müsabiqəsində informatika fənni üzrə iştirak etmiş namizədlərə bu il ilk dəfə olaraq "Rəqəmsal bacarıqlar" layihəsi üzrə də vakansiya seçmək imkanı verilib. Həmin namizədlər şəxsi səhifələrinə daxil olaraq layihə üzrə çıxarılan vakansiyaları seçə bilərlər.

Müəllimlərin işə qəbulu imtahanı 

Son günlər müəllimlərin işə qəbulu imtahanı (MİQ) ilə bağlı müzakirələr səngimək bilmir. Narazılıqlara son qoyulması üçün Təhsil Nazirliyi 12 iyulda ibtidai sinif müəllimliyi, 23 və 26 iyulda Azərbaycan dili və ədəbiyyat müəllimliyi ilə bağlı keçirilən imtahanlarda iştirak edənlərə əlavə şans və bal təklif edib. Ancaq iyulun 9-da ibtidai sinif üzrə MİQ imtahanlarında iştirak edən müəllimlərin müraciəti cavabsız qalıb.
Təhsil naziri Emin Əmrullayev avqustun 4-də sosial şəbəkədə canlı yayım açaraq narazı müəllimlərin suallarını cavablandırıb. O, sualların çətin olduğunu etiraf etsə də, imtahanların ədalətsiz olmadığını vurğulayıb.
Eləcə də oxuyun:
İmtahan narazılığı böyüyür - İkili yanaşma müəllimləri nazirliklə üz-üzə qoyub
MİQ imtahanları ilə bağlı narazılıqlara aydınlıq gətirildi
Təhsil naziri: müəllim işləmək istəyənlərin sayı artıb
Xəbər lenti
0