05:33 28 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9932
  • RUB0.0234
ELM
Qısa URL
39 0 0

Lisey və gimnaziyalara mərkəzləşdirilmiş qaydada keçirilmiş qəbul imtahanında boş qalan yerlərə növbəti tur üçün müraciətlərin qəbulu başa çatır.

 

BAKI, 27 iyul — Sputnik. İyulun 27-də Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən lisey və gimnaziyalara mərkəzləşdirilmiş qaydada keçirilmiş qəbul imtahanında boş qalan yerlərə növbəti tur üçün müraciətlərin qəbulu başa çatır. Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, müraciətlər bu gün saat 16:00-dək qəbul edilir.

Müraciət üçün müvafiq linkə daxil ola bilərsiniz.

Göstərilmiş tarixdən sonra lisey və ya gimnaziya seçimi mümkün olmayacaq. Nəticələr 30 iyul 2021-ci il tarixinədək şəxsi kabinetlərə göndəriləcək. Qeyd edək ki, lisey və gimnaziyalara qəbul prosesi Təhsil İnstitutu tərəfindən həyata keçirilir.

Məlumat üçün bildirək ki, Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən lisey və gimnaziyalara mərkəzləşdirilmiş şəkildə keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib. Minimum 30 faiz nəticə göstərmiş şagirdlər seçim mərhələsinə buraxılıblar.

Eləcə də oxuyun:

Teqlər:
lisey, qəbul

Əsas mövzular