10:08 25 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0262
  • EUR1.9008
Birinsi sinifdə tədris prosesi, arxiv şəkli

Təhsil nazirinin yeni qərarı müəllimləri də məmnun edib, ekspertləri də

© FB / bakuedu.gov.az
ELM
Qısa URL
14985 0 0

"Əminəm ki, bu yenilik yaranan problemləri azaldacaq"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 4 yanvar — Sputnik. Təhsil naziri Ceyhun Bayramov 2019-cu ilin ilk iş günündə yeni əmr imzalayıb. Əmrə əsasən, Azərbaycanda ümumtəhsil müəssisələrinin I siniflərində kiçik summativ qiymətləndirmə (KSQ) və böyük summativ qiymətləndirmə (BSQ) ləğv olunub.

Qərara əsasən, artıq I sinifdə summativ qiymətləndirmə aparılmayacaq. II-III siniflərdə isə böyük summativ qiymətləndirmə keçirilməyəcək.

Sputnik Azərbaycan təhsildə edilən bu dəyişikliyin ibtidai sinif şagirdləri üçün nə kimi müsbət nəticəsi olacağını araşdırıb. Təhsil eksperti Kamran Əsədov düşünür ki, BSQ və KSQ-lərin ləğv edilməsi ilk növbədə tədris yükünü azaldacaq.

"Böyük summativ qiymətləndirmələrin aparılması məktəb rəhbərlərinə aiddir. Hətta BSQ-nin "kiçik imtahan" formasında, komissiyanın verdiyi suallar əsasında, onların nəzarəti ilə müəllim tərəfindən şifahi sorğu və ya layihə üsulunda aparıla bilər" - deyə o bildirib.

Ekspert vurğulayıb ki, məsələnin maliyyə tərəfi də yetərincə dəyərlidir: "Summativ qiymətləndirmələrin test üsulu ilə aparılması zamanı ölkə üzrə sərf olunan kağız, texniki xərclər, enerji sərfiyyatı və əməyi dəyərləndirsək, KSQ-lərin şifahi aparılması milyonlarla vəsaitə qənaət etmək deməkdir. Əlbəttə ki, belə olan halda müəllimlər uşaqları istədiyi kimi qiymətləndirə biləcək. Amma bu, şagirdlərin özünü ifadə etmək bacarıqlarını formalaşdırmaq, əlavə maliyyə itkisinin qarşısını almaq üçün çox vacibdir".

K.Əsədov summativ qiymətləndirmələrlə bağlı digər bir məsələni də qeyd edib: "Rəsmi qiymətləndirmə olan, hər tədris vahidinin sonunda, altı həftədən gec olmayaraq aparılan kiçik summativ qiymətləndirmədə isə müəllimlər daha çox təminatdan şikayətçidirlər. İndiki qaydada işləmək üçün hər bir müəllimin iş otağında kompüter və printer olmalıdır. Bunu təmin etmək çox böyük vəsait tələb edir".

"Belə şəraitdə müəllimlərin bir qismi testlərin üzünün çıxarılmasını şagirdlərə həvalə edirdi. Bu isə, valideynlərin haqlı narazılığına səbəb olurdu. Bütün bunların yaranmasının başlıca səbəbi müəllimlərin, hətta məktəb rəhbərlərinin bütün üsul və vasitələrdən çox test üsuluna üstünlük verməsi idi. Əminəm ki, bu yenilik yaranan həmin problemləri azaldacaq" – deyə təhsil eksperti əlavə edib.

Məktəbdə dərs prosesi
© Пресс-служба Министерства Образования АР

Məsələyə ibtidai sinif müəllimi Aynur Qarayeva da münasibət bildirib. O, qeyd edib ki, I siniflərdə test materiallarını tam oxuyub anlamaq üçün şagird sərbəst şəkildə oxuyub-yazmağı bacarmalıdır: "Lakin hələ tam oxuyub-yaza bilməyən şagirdlər test materiallarını mənimsəməkdə, sərbəst işləməkdə çətinlik çəkirlər".

A.Qarayeva, həmçinin deyib ki, qiymətləndirmənin tək üsulu test deyil: "Peşəkar müəllim test olmadan da şagirdinin inkişafını izləyir və qiymətləndirir. Hər şagirdə fərdi yanaşaraq, fərqli qiymətləndirmədən istifadə etmək, şagirdlərin psixoloji gərginliyini azaltmaq daha məqsədəuyğundur. Hazırda I sinif müəllimi olaraq, bu qərarı alqışlayıram. Düşünürəm ki, atılan addım uğurlu nəticə doğuracaq".

Əlaqədar

Məktəbliləri daşıyan avtobus qəzaya uğrayıb, yaralılar var
Tanınmış qədim məktəb bərbad vəziyyətdədir
Məktəblərdə əxlaq qaydalarına kim nəzarət etməlidir?
Azərbaycanın ən qədim məktəblərindən biri təmir olunur - FOTO
Məktəbli etdiyi hərəkət ilə minlərlə insana nümunə oldu - VİDEO
Teqlər:
valideyn, məktəb, ekspert, müəllim, nazir, təhsil

Əsas mövzular