18:18 21 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9944
  • RUB0.0232
RUSİYA
Qısa URL
28 0 0

Rusiya Talibanın Əfqanıstanda olan digər qüvvələrlə dialoqa hazır olduqları barədə bəyanatlarını alqışlayır.

BAKI, 19 avqust — Sputnik. Rusiya Əfqanıstanda bütün qüvvələrin iştirakı ilə təcili milli dialoqa keçməyin zəruriliyini dəstəkləyir. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

"Əfqanıstan dialoqunu yenidən başlatmaq üçün şərait yaratmaq üçün Əfqanıstanla bağlı Moskva formatının böyük perspektivləri var. Məqsədə uyğun olarsa, Rusiya Federasiyası Əfqanıstanla bağlı Moskva formatının işini bərpa etməyə hazırdır, lakin indiyə qədər heç bir konkret təklif irəli sürülməyib", - deyə Lavrov bildirib.

O, həmçinin qeyd edib ki, Rusiya Talibanın* Əfqanıstanda olan digər qüvvələrlə dialoqa hazır olduğu barədə bəyanatlarını alqışlayır.

Qeyd edək ki, son həftə ərzində Taliban* hərəkatının ölkənin iri şəhərlərinə hücumu nəticəsində Əfqanıstanda vəziyyət daha da kəskinləşib. Bazar günü KİV və digər mənbələr Talibanın* ölkənin bütün sərhəd-keçid məntəqələrinə nəzarət etdiyini xəbər vermişdi. Hərbçilər daha sonra bəyan etmişdilər ki, artıq Kabilə daxil olublar, eləcə də prezident sarayını nəzarət altına alıblar. Əfqanıstan Milli Barışıq üzrə Ali Şurasının rəhbəri Abdulla Abdulla bildirib ki, Əşrəf Qəni prezidentlikdən istefa verərək ölkəni tərk edib.

Avqustun 15-dən 16-na keçən gecə Talibanın* siyasi ofisinin rəsmi nümayəndəsi Muhamməd Naim isə bəyan edib ki, Əfqanıstanda müharibə başa çatıb.

*Rusiyada və digər ölkələrdə qadağan olunmuş terror qruplaşması

Həmçinin oxuyun:

Teqlər:
Sergey Lavrov

Əsas mövzular