https://sputnik.az/20210819/Lavrov-fqanstandak-son-durumu-aqlad-427733531.html
Lavrov Əfqanıstandakı son durumu açıqladı
Lavrov Əfqanıstandakı son durumu açıqladı
Sputnik Azərbaycan
Rusiya Talibanın Əfqanıstanda olan digər qüvvələrlə dialoqa hazır olduqları barədə bəyanatlarını alqışlayır. 19.08.2021, Sputnik Azərbaycan
2021-08-19T15:39+0400
2021-08-19T15:39+0400
2021-11-16T20:28+0400
xəbərlər
siyasət
rusiya
cəmiyyət
sergey lavrov
dünya
https://cdnn1.img.sputnik.az/img/07e5/08/12/427726797_0:0:3073:1728_1920x0_80_0_0_64ae6087a1131ef74a7bfed1ac0d61e7.jpg
BAKI, 19 avqust — Sputnik. Rusiya Əfqanıstanda bütün qüvvələrin iştirakı ilə təcili milli dialoqa keçməyin zəruriliyini dəstəkləyir. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.O, həmçinin qeyd edib ki, Rusiya Talibanın* Əfqanıstanda olan digər qüvvələrlə dialoqa hazır olduğu barədə bəyanatlarını alqışlayır.Qeyd edək ki, son həftə ərzində Taliban* hərəkatının ölkənin iri şəhərlərinə hücumu nəticəsində Əfqanıstanda vəziyyət daha da kəskinləşib. Bazar günü KİV və digər mənbələr Talibanın* ölkənin bütün sərhəd-keçid məntəqələrinə nəzarət etdiyini xəbər vermişdi. Hərbçilər daha sonra bəyan etmişdilər ki, artıq Kabilə daxil olublar, eləcə də prezident sarayını nəzarət altına alıblar. Əfqanıstan Milli Barışıq üzrə Ali Şurasının rəhbəri Abdulla Abdulla bildirib ki, Əşrəf Qəni prezidentlikdən istefa verərək ölkəni tərk edib.Avqustun 15-dən 16-na keçən gecə Talibanın* siyasi ofisinin rəsmi nümayəndəsi Muhamməd Naim isə bəyan edib ki, Əfqanıstanda müharibə başa çatıb.*Rusiyada və digər ölkələrdə qadağan olunmuş terror qruplaşmasıHəmçinin oxuyun:Lavrov və Çavuşoğlu Əfqanıstan barədə: "Ən qısa zamanda…"
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/12/427726797_153:0:2884:2048_1920x0_80_0_0_3186f67c8a31ac7b727add8e3b9c2213.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, sergey lavrov, dünya
xəbərlər, sergey lavrov, dünya
Lavrov Əfqanıstandakı son durumu açıqladı
15:39 19.08.2021 (Yenilənib: 20:28 16.11.2021) Rusiya Talibanın Əfqanıstanda olan digər qüvvələrlə dialoqa hazır olduqları barədə bəyanatlarını alqışlayır.
BAKI, 19 avqust — Sputnik. Rusiya Əfqanıstanda bütün qüvvələrin iştirakı ilə təcili milli dialoqa keçməyin zəruriliyini dəstəkləyir.
Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri
Sergey Lavrov bildirib.
"Əfqanıstan dialoqunu yenidən başlatmaq üçün şərait yaratmaq üçün Əfqanıstanla bağlı Moskva formatının böyük perspektivləri var. Məqsədə uyğun olarsa, Rusiya Federasiyası Əfqanıstanla bağlı Moskva formatının işini bərpa etməyə hazırdır, lakin indiyə qədər heç bir konkret təklif irəli sürülməyib", - deyə Lavrov bildirib.
O, həmçinin qeyd edib ki, Rusiya Talibanın* Əfqanıstanda olan digər qüvvələrlə dialoqa hazır olduğu barədə bəyanatlarını alqışlayır.
Qeyd edək ki, son həftə ərzində Taliban* hərəkatının ölkənin iri şəhərlərinə hücumu nəticəsində Əfqanıstanda vəziyyət daha da kəskinləşib. Bazar günü KİV və digər mənbələr Talibanın* ölkənin bütün sərhəd-keçid məntəqələrinə nəzarət etdiyini xəbər vermişdi. Hərbçilər daha sonra bəyan etmişdilər ki, artıq Kabilə daxil olublar, eləcə də prezident sarayını nəzarət altına alıblar. Əfqanıstan Milli Barışıq üzrə Ali Şurasının rəhbəri Abdulla Abdulla bildirib ki, Əşrəf Qəni prezidentlikdən istefa verərək ölkəni tərk edib.
Avqustun 15-dən 16-na keçən gecə Talibanın* siyasi ofisinin rəsmi nümayəndəsi Muhamməd Naim isə bəyan edib ki, Əfqanıstanda müharibə başa çatıb.
*Rusiyada və digər ölkələrdə qadağan olunmuş terror qruplaşması