https://sputnik.az/20210816/rusiyanin-efqanistanla-baqli-b-plani-var-427708564.html
Rusiyanın Əfqanıstanla bağlı "B" planı var
Rusiyanın Əfqanıstanla bağlı "B" planı var
Sputnik Azərbaycan
Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi, XİN-in İkinci Asiya Departamentinin direktoru Zamir Kabulov Əfqanıstandakı hakimiyyət dəyişikliyinin... 16.08.2021, Sputnik Azərbaycan
2021-08-16T12:48+0400
2021-08-16T12:48+0400
2021-11-16T20:28+0400
xəbərlər
rusiya
əfqanıstan
taliban
plan
dünya
https://cdnn1.img.sputnik.az/img/07e5/08/10/427706143_0:0:3160:1786_1920x0_80_0_0_94da79a702dae14087fb1013c835d340.jpg
BAKI, 16 avqust — Sputnik. Kabilin Taliban* tərəfindən ələ keçirilməsi Əfqanıstanda müəyyən razılıq əsasında hakimiyyət ötürülməsi deyil, ABŞ-ın Əfqanıstandakı uğursuzluğunun nəticəsidir.Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi, XİN-in İkinci Asiya Departamentinin direktoru Zamir Kabulov bəyan edib.Kabulov onu da bildirib ki, Rusiyanın beynində də, ürəyində də Əfqanıstanla bağlı "B" planı var, ancaq indi "A" planı üzrə iş aparılır."Bizim həm beynimizdə, həm də ürəyimizdə Əfqanıstanla bağlı "B" planı var, ancaq biz heç vaxt bir tərəfdən o biri tərəfə atılmağa tələsmirik, əgər sizin terminologiyadan istifadə etsək, hazırda "A" planı üzrə işləyirik", – deyə Kabulov "Exo Moskvı" radiosunun efirində bəyan edib.Qeyd edək ki, son həftə ərzində Taliban hərəkatının ölkənin iri şəhərlərinə hücumu nəticəsində Əfqanıstanda vəziyyət daha da kəskinləşib. Bazar günü KİV və digər mənbələr Talibanın ölkənin bütün sərhəd-keçid məntəqələrinə nəzarət etdiyini xəbər vermişdi. Hərbçilər daha sonra bəyan etmişdilər ki, artıq Kabilə daxil olublar, eləcə də prezident sarayını nəzarət altına alıblar. Əfqanıstan milli barışıq üzrə ali şurasının rəhbəri Abdulla Abdulla bildirib ki, Əşrəf Qəni prezidentlikdən istefa verərək ölkəni tərk edib.* Taliban - 1994-cü ildə yaranan və 1996–2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. 2003-сü ildə BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınıb.Eləcə də oxuyun:Zaxarova Kabildəki vəziyyəti dəyərləndiribRəsmi Bakı: "Hazırda Əfqanıstanda mülki azərbaycanlı yoxdur"Müdafiə Nazirliyi Əfqanıstandakı sülhməramlılarımız barədə məlumat yaydıƏfqanıstanda son vəziyyət - taliblər prezident sarayına daxil olublarƏfqanıstan prezidenti Əşrəf Qani istefa verib
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/10/427706143_0:0:3160:1986_1920x0_80_0_0_8ec1a7ddd88d0b6dcbe24d70a4b38ffa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, əfqanıstan, taliban, plan, dünya
xəbərlər, əfqanıstan, taliban, plan, dünya
Rusiyanın Əfqanıstanla bağlı "B" planı var
12:48 16.08.2021 (Yenilənib: 20:28 16.11.2021) Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi, XİN-in İkinci Asiya Departamentinin direktoru Zamir Kabulov Əfqanıstandakı hakimiyyət dəyişikliyinin müəyyən razılaşmaların nəticəsi olduğu ilə bağlı sualı cavablandırıb.
BAKI, 16 avqust — Sputnik. Kabilin Taliban* tərəfindən ələ keçirilməsi Əfqanıstanda müəyyən razılıq əsasında hakimiyyət ötürülməsi deyil, ABŞ-ın Əfqanıstandakı uğursuzluğunun nəticəsidir.
Sputnik Azərbaycan
RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi, XİN-in İkinci Asiya Departamentinin direktoru
Zamir Kabulov bəyan edib.
"Belə hesab edirəm ki, bu uydurmaların müəllifləri amerikalıların Əfqanıstandakı uğursuzluğuna hansısa formada haqq qazandırmağa və baş verənləri planlaşdırılmış aksiya kimi qələmə verməyə çalışanlardır", – deyə Kabulov Əfqanıstanda hakimiyyət dəyişikliyinin müəyyən razılaşmaların nəticəsi olduğu ilə bağlı məsələni şərh edərkən vurğulayıb.
Kabulov onu da bildirib ki, Rusiyanın beynində də, ürəyində də Əfqanıstanla bağlı "B" planı var, ancaq indi "A" planı üzrə iş aparılır.
"Bizim həm beynimizdə, həm də ürəyimizdə Əfqanıstanla bağlı "B" planı var, ancaq biz heç vaxt bir tərəfdən o biri tərəfə atılmağa tələsmirik, əgər sizin terminologiyadan istifadə etsək, hazırda "A" planı üzrə işləyirik", – deyə Kabulov "Exo Moskvı" radiosunun efirində bəyan edib.
Qeyd edək ki, son həftə ərzində Taliban hərəkatının ölkənin iri şəhərlərinə hücumu nəticəsində Əfqanıstanda vəziyyət daha da kəskinləşib. Bazar günü KİV və digər mənbələr Talibanın ölkənin bütün sərhəd-keçid məntəqələrinə nəzarət etdiyini xəbər vermişdi. Hərbçilər daha sonra bəyan etmişdilər ki, artıq Kabilə daxil olublar, eləcə də prezident sarayını nəzarət altına alıblar. Əfqanıstan milli barışıq üzrə ali şurasının rəhbəri Abdulla Abdulla bildirib ki, Əşrəf Qəni prezidentlikdən istefa verərək ölkəni tərk edib.
* Taliban - 1994-cü ildə yaranan və 1996–2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. 2003-сü ildə BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınıb.
Zaxarova
Kabildəki vəziyyəti dəyərləndirib
Müdafiə Nazirliyi
Əfqanıstandakı sülhməramlılarımız barədə məlumat yaydı
Əfqanıstanda son vəziyyət - taliblər prezident sarayına daxil olublar