https://sputnik.az/20210816/Zaxarova-kabildeki-veziyyeti-deyerlendirib-427707715.html
Zaxarova Kabildəki vəziyyəti dəyərləndirib
Zaxarova Kabildəki vəziyyəti dəyərləndirib
Sputnik Azərbaycan
Kabil aeroportu ABŞ-dan evakuasiya olunmalarını xahiş edən insanlarla dolub. Ancaq Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan... 16.08.2021, Sputnik Azərbaycan
2021-08-16T12:04+0400
2021-08-16T12:04+0400
2021-11-16T20:28+0400
xəbərlər
rusiya
əfqanıstan
kabil
abş
taliban
mariya zaxarova
dünya
https://cdnn1.img.sputnik.az/img/07e5/08/10/427706118_0:312:3072:2048_1920x0_80_0_0_24b040b325ff9c2bf58eacfa398a29a4.jpg
BAKI, 16 avqust — Sputnik. Əfqanıstanda dinc vəziyyət davam edir, ölkə ərazisində hər hansı bir toqquşmanın baş verməsi ilə bağlı məlumat daxil olmayıb. Bu barədə Qərb mediası Taliban* radikal hərəkatına istinadla məlumat yayıb."Bizdə olan məlumata görə, vəziyyət stabildir", – deyə "Reuters" bazar ertəsi günü hərəkat nümayəndələrindən birinə istinadla bildirib.Qeyd edək ki, son həftə ərzində "Taliban" hərəkatının ölkənin iri şəhərlərinə hücumu nəticəsində Əfqanıstanda vəziyyət daha da kəskinləşib. Bazar günü KİV və digər mənbələr Talibanın ölkənin bütün sərhəd-keçid məntəqələrinə nəzarət etdiyini xəbər vermişdi. Hərbçilər daha sonra bəyan etmişdilər ki, artıq Kabilə daxil olublar, eləcə də prezident sarayını nəzarət altına alıblar. Əfqanıstan milli barışıq üzrə ali şurasının rəhbəri Abdulla Abdulla bildirib ki, Əşrəf Qani prezidentlikdən istefa verərək ölkəni tərk edib.Bu arada Kabil aeroportu ABŞ-dan evakuasiya olunmalarını xahiş edən insanlarla dolub. Ancaq Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın bəyan etdiyi kimi, ABŞ bu məsələ ilə bağlı hələ ki, susur.Qeyd edək ki, bir qədər əvvəl təhlükəsizlik qüvvələrindəki mənbə Kabil aeroportunda amerikalıların atəş açması nəticəsində bir neçə nəfərin həlak olduğunu bildirmişdi."Frans-Press" agentliyindən isə şahidlərə istinadla qeyd olunmuşdu ki, Amerika hərbçiləri uçuş-enmə zolağına çıxmış insan kütləsinə xəbərdarlıq atəşi açıb.*Taliban - Rusiyada qadağan olunmuş terror təşkilatıEləcə də oxuyun:Rəsmi Bakı: "Hazırda Əfqanıstanda mülki azərbaycanlı yoxdur"Əfqanıstanda son vəziyyət - taliblər prezident sarayına daxil olublarƏfqanıstan prezidenti Tacikistana uçubƏfqanıstan prezidenti Əşrəf Qani istefa verib
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/10/427706118_0:118:3072:2048_1920x0_80_0_0_30179564f041e5de66d3e6273224ad53.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, əfqanıstan, kabil, abş, taliban, mariya zaxarova, dünya
xəbərlər, əfqanıstan, kabil, abş, taliban, mariya zaxarova, dünya
Zaxarova Kabildəki vəziyyəti dəyərləndirib
12:04 16.08.2021 (Yenilənib: 20:28 16.11.2021) Kabil aeroportu ABŞ-dan evakuasiya olunmalarını xahiş edən insanlarla dolub. Ancaq Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, ABŞ bu məsələ ilə bağlı hələ ki, susur.
BAKI, 16 avqust — Sputnik. Əfqanıstanda dinc vəziyyət davam edir, ölkə ərazisində hər hansı bir toqquşmanın baş verməsi ilə bağlı məlumat daxil olmayıb. Bu barədə Qərb mediası Taliban* radikal hərəkatına istinadla məlumat yayıb.
"Bizdə olan məlumata görə, vəziyyət stabildir", – deyə "Reuters" bazar ertəsi günü hərəkat nümayəndələrindən birinə istinadla bildirib.
Qeyd edək ki, son həftə ərzində "Taliban" hərəkatının ölkənin iri şəhərlərinə hücumu nəticəsində Əfqanıstanda vəziyyət daha da kəskinləşib. Bazar günü KİV və digər mənbələr Talibanın ölkənin bütün sərhəd-keçid məntəqələrinə nəzarət etdiyini xəbər vermişdi. Hərbçilər daha sonra bəyan etmişdilər ki, artıq Kabilə daxil olublar, eləcə də prezident sarayını nəzarət altına alıblar. Əfqanıstan milli barışıq üzrə ali şurasının rəhbəri Abdulla Abdulla bildirib ki, Əşrəf Qani prezidentlikdən istefa verərək ölkəni tərk edib.
Bu arada Kabil aeroportu ABŞ-dan evakuasiya olunmalarını xahiş edən insanlarla dolub. Ancaq Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın bəyan etdiyi kimi, ABŞ bu məsələ ilə bağlı hələ ki, susur.
"Bəs onların insan haqları məsələsinə münasibəti nə oldu? Axı Kabil aeroportundan canlı reportajlar gedir. Əfqanlar təyyarələrə basqın edərək bu illər ərzində özünü müttəfiq kimi göstərən Vaşinqtondan kömək deyil, onların həyatını xilas etməsini istəyirlər. Cavabında isə sükut", – deyə Zaxarova "Telegram" kanalında yazıb.
Qeyd edək ki, bir qədər əvvəl təhlükəsizlik qüvvələrindəki mənbə Kabil aeroportunda amerikalıların atəş açması nəticəsində bir neçə nəfərin həlak olduğunu bildirmişdi.
"Frans-Press" agentliyindən isə şahidlərə istinadla qeyd olunmuşdu ki, Amerika hərbçiləri uçuş-enmə zolağına çıxmış insan kütləsinə xəbərdarlıq atəşi açıb.
*Taliban - Rusiyada qadağan olunmuş terror təşkilatı
Əfqanıstanda son vəziyyət - taliblər prezident sarayına daxil olublar
Əfqanıstan prezidenti
Əşrəf Qani istefa verib