Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycanın KTMT-ya üzvlüyü ilə bağlı Moskvadan açıqlama

© Sputnik / Mikhail Voskresensky / Fotobanka keçməkУчения стран ОДКБ "Рубеж-2016"
Учения стран ОДКБ Рубеж-2016 - Sputnik Azərbaycan, 1920, 05.08.2021
Xəbərlərə abunə olun
Rusiya XİN-in İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksandr Bikantov deyib ki, qəbul olunmuş sənədlər KTMT-nin fəaliyyətinə müxtəlif maraqlı ölkələrin tərəfdaş və ya müşahidəçi qismində cəlb olunmasına imkan verir.
BAKI, 5 avqust - Sputnik. Azərbaycan tərəfindən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) müşahidəçi statusunun verilməsi ilə bağlı müraciət daxil olmayıb.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksandr Bikantov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Rusiya XİN rəsmisi KTMT-yə üzv ölkələrin təşkilatın informasiya sahəsində açıqlığın, eləcə də xarici əlaqələrin genişlənməsi istiqaməti götürdüyünü söyləyib:
“Qəbul edilmiş sənədlər KTMT-nin fəaliyyətinə müxtəlif maraqlı ölkələrin tərəfdaş və ya müşahidəçi qismində cəlb olunmasına imkan verir. Bu cür qərarlar məlum olduğu kimi konsensus əsasında qəbul olunur. Azərbaycan tərəfindən bu cür müraciət hələ ki, edilməyib.
Ümid edirik ki, digər ölkələr və beynəlxalq strukturlarla konstruktiv əməkdaşlığın möhkəmləndirilməsi təşkilata inamın artmasına və təşkilatın cavabdeh olduğu məkanın təhlükəsizliyinin möhkəmləndirilməsinə yardım edəcək“.
Həmçinin oxuyun:
* Ermənistanın sərhəddə insidentlərlə bağlı müraciətlərinə baxan KTMT hansı qərarı verib?
* ATƏT-in Baş katibi KTMT ilə bağlı Moskvaya gəlir: Gündəlikdə Qarabağ məsələsi var?
* Paşinyan Azərbaycanla sərhədə gəldi: KTMT-nın nüfuzunu yüksəltmək üçün hər şeyi etməliyik
 
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала