07:16 29 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0095
  • RUB0.0231
RUSİYA
Qısa URL
2141 0 0

Helqa Şmidin səfəri çərçivəsində baş katibin Rusiyanın xarici işlər naziri Sergey Lavrov və digər yüksək vəzifəli rəsmilərlə görüşləri planlaşdırır.

BAKI, 20 iyun - Sputnik. ATƏT-in baş katibi Helqa Şmid iyunun 21-24-də Moskvada səfərdə olacaq.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, səfər çərçivəsində baş katibin Rusiyanın xarici işlər naziri Sergey Lavrov və digər yüksək vəzifəli rəsmilərlə görüşləri planlaşdırır.

"ATƏT-in baş katibi Helqa Şmid 21-24 iyun tarixlərində Rusiyanın xarici işlər naziri Sergey Lavrov, digər yüksək vəzifəli rəsmilər və millət vəkilləri ilə görüşmək üçün Moskvaya səfər edəcək. İkitərəfli görüşlərdə regional və tematik məsələlərin müzakirə ediləcəyi gözlənilir. Eyni zamanda regional təhlükəsizlik və sabitliklə bağlı fikir mübadiləsi aparılacaq", - deyə məlumatda bildirilir.

O da qeyd olunub ki, Şmidin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının daimi şurasına müraciət edəcəyi və KTMT-nin Baş katibi Stanislav Zas ilə görüşəcəyi ehtimal olunur.

Helqa Şmidin Moskva səfəri zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli və hazırkı sülhyaratma mərhələsi barədə müzaikərələr aparıb-aparmayacağı barədə məlumat verilməyib. Amma regional təhlükəsizlik və sabitlik müzakirələri çərçivəsində bu məsələnin də gündəlikdə olacağı istisna edilmir.   

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT (ing. Organization for Security and Co-operation in Europe, OSCE) dünyanın ən böyük təhlükəsizlik yönümlü hökumətlərarası təşkilatıdır.

30 iyul - 1 avqust 1975-ci il tarixində Helsinkidə keçirilmiş müşavirədə Avropanın 33 dövlətinin, həmçinin ABŞ və Kanadanın dövlət və hökumət rəhbərləri Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Yekun aktını (Helsinki müqaviləsi) imzalayıb.

Təşkilat 1995-ci il yanvarın 1-dək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) adlanmışdır. Hazırda 56 üzv və 11 tərəfdaş dövlətlə dünyanın ən böyük regional təşkilatıdır.

ATƏT "soyuq müharibə"nin qurtarmasından sonra ümumavropa təhlükəsizlik sistemini formalaşdıran, yeni Avropanın siyasi və iqtisadi həyatının sivil birgəyaşayış qaydalarını müəyyən edən, dövlətlərarası münasibətləri rəqiblik və münaqişə relsindən əməkdaşlıq və qarşılıqlı mənafe istiqamətlərinə yönəldən bir təşkilat funksiyasını icra edir.

ATƏT-in Minsk qrupu Rusiya, ABŞ və Fransanın həmsədrliyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış qurumdur.

Əsas mövzular