20:29 30 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0193
  • RUB0.0232
DÜNYA
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (1196)
88 0 0

KTMT baş katibi Stanislav Zas Ermənistanın may ayında müraciətindən sonra təşkilatda müzakirələrin aparıldığını bildirib. O, məsələyə KTMT-nin qarışması barədə sualı da cavablandırıb.

BAKI, 3 iyul - Sputnik. Ermənistanın cənubunda Azıərbaycanla yeni sərhədlərin təyin olunması ilə bağlı vəziyyətin gərginləşməsi "sərhəd insidenti"dir və KTMT-nin kollektiv müdafiə ilə bağlı nizamnaməsinin müddəaları ona şamil olunmur.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu jurnalistlərə təşkilatın baş katibi Stanislav Zas deyib.

"Bilmək lazımdır ki, KTMT potensialı yalnız (üzv ölkələrdən birinə) aqressiya, hücum zamanı işə salınır. Burada isə mahiyyət etibarı ilə sərhəd insidenti ilə rastlaşırıq. Allaha şükür, orada qurban, atışma yoxdur. Bu, sərhəd insidentidir və onu həll etmək lazımdır, biz isə bunun sülh yolu ilə həll olunmasını istəyirik", - o deyib.

 

Onun rəyincə, münaqişənin eskalasiyası müşahidə olunmur.

"Prinsipcə, hazırda orada situasiyanın qəlizləşdiyi haqda məlumat yoxdur. Əziyyət çəkmirlər - bu artıq yaxşıdır, artıq bir nəticədir. Qarşıda məhz sərhədlə, bütün bu mübahisəli məqamlarla bağlı görüləsi işlər çoxdur, ancaq onları danışıqlar yolu ilə həll etmək lazımdır", - Zas deyib.

KTMT baş katibi həmçinin diqqətə çatdırıb ki, Ermınistanın mayda müraciətindən sonra təşkilat ölkənin sərhəd rayonlarında vəziyyət üzrə məsləhətləşmələr aparıb. 

"Bu cür məsləhətləşmələr müdafiə nazirləri, təhlükəsizlik şuraları katibləri səviyyəsində aparılırdı, mən də Ermənistanın xarici işlər və müdafiə nazirləri ilə əlaqə saxlayırdım. Bu vəziyyəti müzakirə edirdik. Bundan başqa, Düşənbədə keçirilən XİNŞ (KTMT xarici işlər nazirlərinin şurası) zamanı artıq bu situasiya üzrə ümumi müzakirə aparmışıq", - o dəqiqləşdirib.

Zas deyib ki, KTMT Ermənistanın cəınubundakı vəziyyəti daim monitorinq edir.

"Monitorinq qrupunun formalaşdırılması barədə qərar qəbul edilməsə də, əlbəttə ki, vəziyyət müşahidəmiz altındadır", - baş katib deyib.

O əlavə edib ki, təşkilat lazımi məlumatı müxtəlif mənbələrdən, o cümlədən Ermənistan tərəfi və rus sülhməramlılarından alır.

Vətən müharibəsi 

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri genişmiqyaslı təxribata cavab olaraq Azərbaycan Ordusunun əks-hücuma keçdi.

44 gün davam edən müharibə müddətində - oktyabrın 9-da Cəbrayıl, oktyabrın 17-də Füzuli, oktyabrın 20-də Zəngilan, oktyabrın 25-də Qubadlı, noyabrın 8-də isə Şuşa şəhəri erməni işğalçılarından təmizləndi.

Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edilib.

 

Sərhəddə gərginlik

Müntəzəm olaraq iki ölkənin sərhədindən təlaşlı xəbərlər gəlir. Bu il mayın 12-də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirlərini qarşı tərəf Zəngəzur ərazisinin, xüsusilə Qaragöl ətrafının qəsbi kimi qələmə verməyə çalışıb. Ermənistan KTMT-yə müraciət etsə də, təşkilatdan ona hərbi əməliyyatlara əl atmamaq tövsiyə edilib. Mayın 24-dən 26-dək Azərbaycan ordusunun mövqeləri üç istiqamətdən atəşə tutulub.

Bundan üç gün sonra Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının fəaliyyəti ilə bağlı daxil olan əməliyyat məlumatına əsasən diversiya qrupları saat 03:00 radələrində dövlət sərhədimizi keçib və ərazilərimizin daxilində minalama işlərini və digər təxribat əməllərini aparmağa cəhd göstərib.

İlkin məlumata görə, qarşı tərəfin iki kəşfiyyat-diversiya qrupu dövlət sərhədimizi iki istiqamətdə keçib. Qrupların biri 9, digəri isə 15 hərbi qulluqçudan ibarət olub. Kəşfiyyat-diversiya qruplarının hərəkəti nəzarətə götürülüb. Ərazimizdəki təminat və digər keçid yollarında minalama fəaliyyəti həyata keçirərkən Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin hər iki qrupuna qarşı dərhal əməliyyat tədbirləri görülüb.

Nəticədə düşmənin birinci kəşfiyyat-diversiya qrupundan 1-i zabit olmaqla 4, digərindən isə 2 hərbi qulluqçu, ümumilikdə 6 nəfər tərk-silah edilərək saxlanılıb. Digər erməni hərbi qulluqçuları ərazimizi dərhal tərk edərək geriyə çəkiliblər.

Bu hadisələrdən sonra müntəzəm olaraq Ermənistan tərəfi Naxçıvan Muxtar Respublikasında, Kəlbəcərdə, Tovuzda yerləşən mövqelərimizi atəşə tutur və təxribat törətməyə cəhd edir. Bütn təxribat cəhdləri Azərbaycan Ordusunun hərbçiləri tərəfindən dəf edilir.

Eləcə də oxuyun:

 

 

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1196)
Teqlər:
Ermənistan, sərhəd, insident, Azərbaycan, KTMT

Əsas mövzular