22:01 19 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
RUSİYA
Qısa URL
303

Rusiya bundan sonra da dinc dəyişikliklərin davam etdirilməsinə aktiv şəkildə yardım edilməsinə davam edəcək.

BAKI, 9 iyun — Sputnik. Qərb təmsilçiləri Moskva ilə dürüst dialoqa hazır deyillər. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

"Yalnız Rusiya deyil, əksər digər ölkələrlə də Qərbin nümayəndələri faktlara əsaslanan dürüst dialoqa hazır deyillər və "highly likely" ruhunda danışmağa üstünlük verirlər. Bu cür yanaşmaya dair nümunələr çoxdur. Bu isə şübhəsiz, fikir ayrılıqlarını həll etmə yolu kimi dialoq ideyasının özünə inamın etibarlılığını sarsıdır", - deyə Lavrov "Primakov qiraəti"ndə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Rusiya "qlobal problemlərin həllində aparıcı dövlətlərin kollektiv rəhbərliyinə əsaslanan çoxmərkəzliliyə yönələn" dinc dəyişikliklərin davam etməsinə fəal töhfə verəcək.

Xatırladaq ki, Rusiya lideri Vladimir Putin və ABŞ Prezidenti Cozef Bayden iyunun 16-da Cenevrədə görüşəcəklər.

Ağ Ev görüşdə strateji sabitlik, Ukrayna və Belarusla bağlı vəziyyətin müzakirə ediləcəyini açıqlayıb.

Eləcə də oxuyun:

  • Lavrov sərt danışdı – Avropada səngərlər çəkilir...

  • Lavrov: "Rusiya Qarabağda dinc həyatın bərpasına yardım edir"

  • ABŞ rəsmisi Yerevanı bütün mina xəritələrini Azərbaycana verməyə çağırdı

Teqlər:
Qərb, Rusiya, Serqey Lavrov

Əsas mövzular