18:04 23 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0264
  • RUB0.0233
RUSİYA
Qısa URL
19

Avropada cəbhədə səngərlər kimi yenidən ayırıcı xətlər çəkilir, onlar şərqə doğru hərəkət etdirilir və dərinləşdirilir.

BAKI, 31 may — Sputnik. Avropada Rusiya ilə münasibətlərlə bağlı cəbhədə səngərlər kimi ayrıcı xətlər çəkilir. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

"Vəziyyət Rusiya və Avropa İttifaqı arasında münasibətlərdə çox narahatedici səviyyədə qalır. Bizim ümumi Avropa qitəmiz misli görünməyən inam böhranı yaşayır. Avropada cəbhədə səngərlər kimi yenidən ayırıcı xətlər çəkilir, onlar şərqə doğru hərəkət etdirilir və dərinləşdirilir", - deyə Lavrov qeyd edib.

O bildirib ki, birgə gündəlik üçün perspektiv olduqca məhduddur. O bildirib ki, 2010-cu ildə xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Rusiya – Avropa İttifaqı komitəsinin yaradılmasına hazırlıq ifadə olunub, lakin sonradan Aİ bu razılaşmadan imtina edib.

Eləcə də oxuyun:

  • "Bəlkə, sürpriz oldu" – politoloq Putinlə Baydenin görüşü barədə"

  • İsrail sabahdan Rusiyaya səfərləri qadağan etdi

  • Cənubi Qafqazdakı nəqliyyat infrastrukturu Rusiya üçün niyə vacibdir – ekspert açıqlayır

Teqlər:
Avropa İttifaqı, Avropa, Sergey Lavrov

Əsas mövzular