CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rusiya Jurnalistlər Birliyi Azərbaycana başsağlığı verdi

© © Photo: TRENDОбщественность чтит память журналистов, погибших в результате подрыва на мине в Кельбаджаре
Общественность чтит память журналистов, погибших в результате подрыва на мине в Кельбаджаре  - Sputnik Azərbaycan, 1920, 06.06.2021
Abunə olmaq
"Rusiya Jurnalistlər Birliyi həlak olmuş həmkarlarının yaxınlarına dərin hüznlə başsağlığı verir", - məlumatda qeyd olunub.

BAKI, 6 iyun - Sputnik. Rusiya Jurnalistlər Birliyi iyunun dördündə Kəlbəcərdə baş verən faciə ilə əlaqədar Azərbaycana başsağlıöğı verib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Birliyin saytında məlumat yerləşdirilib.

"Azərbaycanln Kəlbəcər rayonunda mina partlaması nəticəsində iki jurnalist həlak olub. İki həmkarımız -  telekanal operatoru Sirac Abışov və AZƏRTAC informasiya agentliyinin əməkdaşı Məhərrəm İbrahimov partlayışın qurbanı olublar. 

Rusiya Jurnalistlər Birliyi həlak olmuş həmkarlarının yaxınlarına dərin hüznlə başsağlığı verir", - məlumatda qeyd olunub.

 

Kəlbəcərdə faciə

İyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunan televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu "KamAZ" markalı avtomobil rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşüb.

Nəticədə 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (AZƏRTAC xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub.

Digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.

Məhərrəm İbrahimov Müşviqabad qəsəbəsində, Sirac Abışov isə Sumqayıtda dəfn edilib.

Beynəlxalq aləmə çağırışlar

Azərbaycanlı jurnalistlərin Qarabağda həlak olması ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi, Azərbaycan Ombudsmanı, Baş prokuror, Mətbuat Şurası və digərləri bəyanat yayaraq beynəlxalq qurumları mina xəritələrini təqdim etməsi üçün Ermənistana təzyiq göstərməyə səsləyiblər. Azərbaycan Ombudsmanı diqqətə çatdırıb ki, Azərbaycan torpaqlarının işğalı dövründə Ermənistan tərəfindən yerləşdirilən müxtəlif növ minalar və digər partlayıcı qurğular 2020-ci ilin 10 noyabr tarixində üçtərəfli bəyanatın imzalandığı gündən bəri 120-dən çox insanın həlak olmasına və yaralanmasına səbəb olub.

Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov isə: "Biz Ermənistanı mina xəritələrini verməyə çağırırıq. Onlar hər gün bu tələbi rədd edirlər. Daha çox həyat təhlükə altındadır!" - deyə sosial şəbəkədəki paylaşımında bildirib.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva həlak olan media nümayəndələrinin ailələrinə və yaxınlarına başsağlığı veriblər. Başsağlığını şəhid media işçilərinin yaxınlarına Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çatdırıb.

Eləcə də oxuyun:

 

Xəbər lenti
0