Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Avropa və Amerika Rusiyadan ötrü döyüşə girir

© Sputnik / Ilya Pitalev / Mediabanka keçid"Şimal axını – 2" qaz kəmərinin tikintisi
Şimal axını – 2 qaz kəmərinin tikintisi - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ şirkətləri dövlət katibi Mayk Pompeonun və rusofob senatorların geosiyasi ambisiyalarına görə ciblərindən pul ödəməyə hazır deyillər.

İvan Danilov, RİA Novosti

BAKI, 20 iyul — Sputnik. "Şimal Axını-2" haqda saqanın maraqlı davamı var. ABŞ-ın Rusiya qaz kəmərinin istismara verilməsini dayandırmaq cəhdləri yalnız ona gətirib çıxara bilər ki, o, Avropa siyasətçilərindən əlavə dəstək alacaq, həm də Avropa İttifaqı Amerikanın sanksiyalarından sistemli şəkildə qorunacaq.

Вид на Капитолий США, фото из архива - Sputnik Azərbaycan
Vaşinqton Avropanı həqiqətən cəzalandırmaq qərarına gəlib

ABŞ-ın "Şimal Axını-2"-dən zərər görən maraqlarını və Avropa İttifaqının özündə "antivandal" (antisanksional) maliyyə-iqtisadi sistem yaradılacağı təqdirdə görəcəyi zərərləri müqayisə etsək, Rusiyanın qaz kəməri, demək olar ki, əhəmiyyət daşımır. Vaşinqton həqiqətən də mühüm məsələlərdə Brüsselə və ya Avropa şirkətlərinə sanksiyalarla təzyiq göstərmək imkanından məhrum olsa, bu, Amerikanın xarici siyasəti üçün planetar miqyaslı fəlakət olacaq.

Keçən həftə Vaşinqton-Brüssel, əslində isə Dövlət Departamenti-Avropa Komissiyası xətti üzrə münaqişə gərginləşib. Buna səbəb Amerika və Avropa diplomatiya başçılarının qarşılıqlı sərt tənqidlərə səbəb olan təhdid və bəyanatlar mübadiləsidir.

Mayk Pompeo sanksiyalar haqqında qanunun qəbuluna qədər "Şimal Axını-2"nin tikintisini təşviq edən şirkətlərə qarşı sanksiyaların tətbiqini məhdudlaşdıran Tillerson qeyd-şərtini məhv etmək qərarına gəlib. Bu "cümlə səhvinin" ilk anti-Rusiya və anti-Qazprom sanksiyaları paketində peyda olmasını, böyük Avropa neft-qaz şirkətlərinin cəzalandırılmasının pis ideya olduğunu anlayan o vaxtkı dövlət katibi Tillersonun ayağına yazırlar. "Səhv" Pompeonun Avropa Birliyinə səfəri ərəfəsində çıxarılıb və bunu qorxutma jesti kimi qəbul etmək olar.

Dövlət Departamentinin rəhbəri, hətta layihəyə aidiyyəti olan və ya aidiyyəti olmuş bütün şirkətlərdən (əgər Amerika standartlarını və tarixi təcrübəsini rəhbər tuturlarsa) "oradan çıxmağı" və ya sanksiyalar əldə etməyi tələb edərək, birbaşa təhdidlərə keçmişdi. O, həmin şirkətlərin Amerikadakı bizneslərinin məhvini, dollar sistemindən ayrılmasını, əmlaklarının müsadirəsini və direktorlarının ABŞ-a girişinə qadağa qoyulmasını tələb edirdi.

Американские военные, отправляющиеся в район операций Центрального командования США из Форт-Брэгг, Северная Каролина - Sputnik Azərbaycan
TƏHLİL
Rusiya deyil. Amerikalılara qarşı ovun əsl təşkilatçısı kimdir

ABŞ sanksiyalarının zərbəsi həmçinin, məsələn, liman fəaliyyətləri və sığorta ilə məşğul olan çoxlu sayda Avropa şirkətlərinə dəyə bilər. Lakin belə təəssürat (onu bəzi Qərb KİV-ləri bölüşürlər) yaranır ki, Dövlət Departamenti həmçinin "Qazprom"un aparıcı avropalı tərəfdaşlarını, yəni, Wintershall, OMV, Engie, Shell və Uniper-i cəzalandırmaq niyyətindədir.

Bir tərəfdən, bu cür gərginlik Vaşinqtonun "Şimal Axını-2"nin qarşısının alınması istiqamətində niyyətinin ciddiliyini nümayiş etdirmək baxımından güclü addımdır. Digər tərəfdən, niyyətlərdən başqa nə isə nümayiş etdirmək baxımından nəyə nail olmaq mümkün olduğu o qədər də aydın deyil: "Qazprom"un avropalı tərəfdaşlarının pulları artıq layihəyə yatırılıb, boru kəmərinin özü isə hazırda qaz kəmərinə sahib olan şirkətin yeganə səhmdarı olan Rusiya şirkətinin gücü ilə qurulur.

Beləliklə, xarici şirkətlər layihədən çıxmaq istəsələr də, bunu etmək mümkün deyil — qatar artıq gedib. Belə çıxır ki, Avropa şirkətlərinə qarşı sanksiyalar qaz kəmərinin bloklanması nöqteyi-nəzərindən tamamilə mənasız bir addımdır. Əlbəttə, Vaşinqton Rusiya qazının Avropadakı alıcılarına qarşı sanksiyalar tətbiq etməyə cəhd göstərə bilər, lakin burada ortaya bir sıra texniki problemlər və xarici siyasi risklər çıxacaq.

"Qazprom" qazının satış sxemini qurmaq kifayət qədər asandır. Elə etmək lazımdır ki, son alıcıları müəyyən etmək asan olmasın və bununla da ABŞ seçim qarşısında qalsın: ya sanksiyaların effektsizliyinə göz yummaq, ya da Rusiya qazını almaqda şübhəli bilinən bütün şirkətlərə qarşı "xalça" sanksiyaları tətbiq etmək. Vəziyyətin məhz bu cür daha da gərginləşməsi ssenarisi tamamilə mümkündür. Lakin çətin ki, Vaşinqton bu nəticələri bəyənsin.

Президент США Дональд Трамп - Sputnik Azərbaycan
TƏHLİL
ABŞ Çinə qarşı qisas haqda düşünür – dolları qurban vermək lazım olsa belə

Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel yazılı bəyanatla Amerikanın Avropa İttifaqına təsir üsullarını pisləyib:

"Mən Birləşmiş Ştatların Avropa şirkətləri və maraqlarına qarşı artan sanksiya və sanksiya tətbiqi hədələrindən çox narahatam. Biz İran, Kuba, Beynəlxalq Ədalət məhkəməsi və bu yaxınardakı "Şimal axını-2", "Türk axını" hallarında bu artan tendensiyanın şahidi olmuşuq. <...> Avropanın siyasəti burada, Avropada müəyyən olunmalıdır, onu üçüncü tərəflər müəyyən etməli deyil. Xarici və təhlükəsizlik siyasətlərinin məqsədləri (ABİ və ABŞ-a dair – müəllif) ümumi olduqda, tərəfdaşlarla məqsədəyönlü sanksiyaların koordinasiyası çox qiymətlidir. Biz bunun çox müsbət nümunələrini görmüşük və mümkün olan yerdə sanksiyaların koordinasiyasını davam etdirəcəyik. Siyasi fikir ayrılıqlarının mövcud olduğu yerdə isə Avropa İttifaqı həmişə dialoq üçün açıqdır. Lakin bu dialoq sanksiya hədəsi fonunda ola bilməz".

Əgər bir nüans olmasaydı, bu bəyanatı diplomatın əsasız "narahatlığı" kimi qəbul etmək olardı. Amerika KİV-i, xüsusilə Bloomberg biznes informasiya agentliyi, artıq Almaniyanın "Şimal Axını-2"-yə qarşı sanksiyaların intiqamını almaq və Birləşmiş Ştatları Avropa enerji siyasətinə müdaxilədən uzaqlaşdırmaq üçün Vaşinqtona qarşı cavab sanksiyalarının mümkünlüyünü nəzərdən keçirdiyini yazmışdı.

Borrelin bəyanatı kontekstində isə onun bu yaxınlarda Fransanın avrodeputatının ABŞ sanksiyaları ilə bağlı sualına necə cavab verdiyini xatırlamaq lazımdır:

"Komissiya üçüncü ölkələr tərəfindən tətbiq edilən eksterritorial sanksiyaların təsirinə Avropanın müqavimətini artıracaq gücləndirilmiş sanksiyalar mexanizminin qəbul edilməsinə zəmin hazırlayır". İki həftə əvvəl Britaniyanın Reuters agentliyi xəbər verib ki, Borrel bu mexanizmin hansı formada qəbul ediləcəyini və ya həyata keçiriləcəyini dəqiqləşdirməyib.

Нефтяные танкеры возле Лонг-Бич, штат Калифорния, США - Sputnik Azərbaycan
TƏHLİL
"Barelə görə min dollar": ABŞ-ın planı neft bazarını şoka salır

ABŞ-ın Avropa istiqamətində bütün sanksiya gündəliyini tamamilə məhv edəcək ən aşkar mexanizm ABŞ-ın ixrac sıxılmış qazına qarşı sanksiyalar ola bilər. 25%-lik maneə tarifi və ya onun Avropaya idxalına tam qadağan qoyulması nəinki "Şimal axını-2"yə qarşı sanksiyaları tam əhəmiyyətsiz edəcək, həmçinin Respublikaçılar partiyasına sponsorluq edən ABŞ-ın enerji şirkətlərinə birbaşa ziyan vuracaq. Artıq bağlanmış müqavilələrin məcburi ləğvi ciddi itkidir, ABŞ şirkətləri isə Mayk Pompeonun və rusofob senatorların geosiyasi ambisiyalarına görə ciblərindən pul ödəməyə hazır deyillər. Avropalı diplomatlar hansısa alternativ variantlar da fikirləşə bilərlər.

ABŞ biznesinin Avropa İttifaqında “ağrılı nöqtələri” çoxdur. Əgər Avropa diplomatiyasının kursu dəyişməzsə, ABŞ sonda Brüsselin cavab sanksiyalarına tuş gələcək, yəni, “Şimal axını-2”nin başa çatdırılması heç kimin ağlına gəlməyən nəticələrə gətirəcək, çünki Avropaya enerji daşıyıcılarının tədarükündəki sabitlikdən əlavə, ABŞ və Aİ arasındakı münasibətlər sanksiya müharibəsi fazasına keçəcək. Bu riskdən qaçmaq üçün Dövlət Departamenti dərhal Avropa enerji nəhənglərinə qarşı hədələrinə son verməlidir, bu isə artıq mümkün deyil, dayanmaq avropalıların suverenitet hüququnu tanımaqdır, ABŞ elitası buna icazə verə bilməz.

Xəbər lenti
0