Vaşinqton Avropanı həqiqətən cəzalandırmaq qərarına gəlib

© REUTERS / JOSHUA ROBERTSВид на Капитолий США, фото из архива
Вид на Капитолий США, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Avropa İttifaqı onilliklər ərzində vergi ödəmədən Aİ-də fəaliyyət göstərən Amerika korporasiyalarını "sıxmaq" istəyir. ABŞ isə Avropa İttifaqını minimal fiskal suverenlik əldə etmək cəhdinə görə cəzalandırmağa hazırlaşır.

BAKI, 13 iyul — Sputnik, İvan Danilov. Donald Tramp administrasiyası ilə Amerikanın "Facebook", "Google" və "Amazon" kimi İKT nəhəngləri arasında bütün çətinliklərə baxmayaraq, ABŞ prezidenti Amerika korporasiyalarının gəlirlərini avropalı vergi yığanlardan qorumaq üçün Birləşmiş Ştatlar və Avropa İttifaqı arasındakı əlaqələrdə olan-qalan transatlantik həmrəyliyi və xoş məramı qurban verməyə hazır olduğunu göstərib.

ABŞ Rusiya və Çini suriyalıları “acından öldürmək” təşəbbüsü üçün cəzalandırmaq istəyir  - Sputnik Azərbaycan
VİDEO
ABŞ Rusiya və Çini suriyalıları “acından öldürmək” təşəbbüsü üçün cəzalandırmaq istəyir

Uzun illər boyu böyüyən bu münaqişə indi dəyəri milyardlarla dollar olan qarşılıqlı maliyyə zərbələrinə çevrilib. Avropa İttifaqı onilliklər ərzində vergi ödəmədən Aİ-də fəaliyyət göstərən Amerika korporasiyalarını "sıxmaq" istəyir. ABŞ isə Avropa İttifaqını minimal fiskal suverenlik əldə etmək cəhdinə görə cəzalandırmağa hazırlaşır.

Trampın komandası qisas üçün hədəfi çox böyük dəqiqliklə seçib, o mənada ki, Avropanın azadlığa sıçrayışının, Avropada fəaliyyət göstərən Amerika İKT biznesinin əslində vergi ödəməli olduğu fikrinin konkret müəllifi identifikasiya edib. "Google", "Facebook" və "Amazon" şirkətlərinə qarşı verginin müəllifi Fransa prezidenti və Avropanın dünyanın güc qütbü kimi bərpası haqqında böyük həvəslə danışan Emmanuel Makron olub. Müvafiq olaraq Ağ Evin hədəfinə düşən şirkətlərin siyahısı elə bir şəkildə tərtib edilib ki, Yelisey sarayına maksimum narahatlıq versin.

Amerikanın maliyyə telekanalı CNBC məlumat verir ki, lüks seqmentimdə işləyən Fransız şirkətlərinin səhmləri ABŞ-ın bu kateqoriyadan olan bəzi mallara yüksək tariflər təyin edə biləcəyini elan etməsindən sonra düşüb.

"Yanvarın sonunda qüvvəyə minə biləcək yeni tariflərə uyğun olaraq, ABŞ-ın Ticarət Nümayəndəliyi (Xarici Ticarət Münasibətləri üzrə Federal Agentlik - red.) bu cür malların Fransadan idxalına 100 faizə qədər rüsum tətbiq edə biləcək. Fransa şirkətlərinin səhmlərin düşməsi "Louis Vuitton", "Hennessy", "Hermes", "Christian Dior", "Gucci", "Yves Saint Laurent" və "Balenciaga"nın sahibərinə təsir edib", - CNBC qeyd edir.

"Yüz faiz olduqca çoxdur. Bu tarif deyil. Yüz faiz cərimə deməkdir", - "Chanel" evinin prezidenti Bruno Pavlovski Amerikanın "The Wall Street Journal" nəşrinə bildirib.

 S-400 zenit-raket kompleksləri və hərbçilər, arxiv şəkli - Sputnik Azərbaycan
RUSİYA
Türkiyə S-400-ün ABŞ qırıcıları ilə ikinci sınağını keçirir: geriyə dönüş yoxdur

Qeyd etmək lazımdır ki, amerikalı məmurlar hadisələrin öz versiyasını təklif edir və iddia edirlər ki, əslində Avropa İttifaqı ərazisində konkret olaraq Amerika şirkətlərinə qarşı ayrı-seçkilik etmək istəyən Makron hər şeydə günahkardır. Bu ittiham hətta ənənəvi olaraq vətənpərvər mövqe tutan Amerika mediasında da müəyyən şübhə doğurub.

"Birləşmiş Ştatlar hesab edir ki, Fransanın qoyduğu verginin strukturu ədalətsiz olaraq "Facebook", "Google" və "Amazon" kimi Amerikanın böyük internet şirkətlərinə yönəlib. Bununla belə, digər ölkələr öz bazarlarında milyardlarla dollar qazanan şirkətlərdən getdikcə daha çox gəlir əldə etmək üçün bir yol tapmağa çalışırlar", - "Politico" nəşri məlumatında bildirilir.

Fransızlar prinsipə gedərək Amerika şirkətlərinə vergi tətbiq edə bilərlər (ən azı milli səviyyədə). Lakin, məsələn, alman rəsmiləri ümumavropa vergisinin tətbiq edilməsini dəstəkləyərək alman avtomobillərinin ixracına görə 100 faizlik tariflə üz-üzə qalmağı istəyərlərmi? Bu böyük bir sualdır.

Digər tərəfdən, indiki halda söhbət sırf iqtisadi münaqişədən getmir. Bu, Avropa siyasətçilərinin özlərinin status mübahisəsidir. Yerli biznesmenlərin vergiləri kimə ödəməsi bu və ya digər ərazinin faktiki mənsubiyyətini göstərən müəyyənedici amildir. Kim bu vergiləri tətbiq etmək və toplamaq hüququna malikdirsə, o da həmin ərazidə hakimiyyətin sahibidir. Tarixdə elə hallar olub ki, müəyyən xarici tacirlər və ya sahibkarlar konkret ölkədə rüsumsuz və vergisiz ticarət aparmaq və ya xidmət göstərmək hüququ əldə ediblər. Lakin bu, yalnız həmin ölkənin müharibəni uduzması və ya sadəcə olaraq hərbi güc təhlükəsi altında müəyyən kapitulasiya şərtlərinə imza atması halında baş verirdi.

Müvafiq olaraq Amerika şirkətləri Fransanın onlayn reklam və internet ticarət bazarında dominant oyunçuya çevrilməklə Fransa şirkətlərindən milyardlarla avro alır (eyni zamanda Fransada istənilən biznesi öz mallarını internetdə effektiv reklam etmək və ya satmaq imkanından məhrum edərək "öldürmək" imkanına malik olur). Özü də Fransanın büdcəsi bu vəziyyətdə bir qəpik də əldə edə bilmir. Üç faizlik təvazökar vergini tətbiq etmək qərarı isə büdcəni doldurmaq istəyi yox, iqtisadi müstəqilliyi bərpa etmək cəhdidir.

Вид на московский кремль с большого каменногомоста - Sputnik Azərbaycan
Rusiya böyük "iqtisadi müharibə"yə qoşuldu, ABŞ-a meydan oxudu

Maraqlıdır ki, Tramp administrasiyasının Fransanı cəzalandırması təşəbbüsünə həm respublikaçıların, həm də demokratların təmsilçiləri dəstək veriblər.

Ən azından, keçmiş təhdidlərə cavab olaraq, Fransa və hətta Almaniya hökumətləri daha da irəli getməyə və müstəqil iqtisadi siyasət yürütmək hüququnu müdafiə etməyə hazır olduqlarını nümayiş etdiriblər.

Əgər vəziyyət bundan sonra da bu ssenari üzrə inkişaf etsə, ABŞ-da payız seçkilərində kimin qalib gəlməyindən asılı olmayaraq, Vaşinqton-Paris və Vaşinqton-Berlin xətləri üzrə münasibətlər daha da pisləşəcək. Ola bilər ki, amerikalı istehlakçı "Chanel" ətirlərini və ya "Hermes" əl çantasını yaxın gələcəkdə yalnız qaçaqmalçılıq vasitəsi ilə ala bilsin, avropalılar isə Amerika sosial şəbəkələrinə alternativ axtarmalı olsunlar.

İqtisadi de-qloballaşmanın işartıları görünməyə başlayıb. Qloballaşan iqtisadiyyatın hazırkı sistemindən qane olmayan ölkələr üçün bu, keçmişin səhvlərini düzəltmək və qloballaşmış gələcəkdə daha rahat mövqe tutmaq üçün son və ciddi şansdır.

Xəbər lenti
0