Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Barelə görə min dollar": ABŞ-ın planı neft bazarını şoka salır

© REUTERS / U.S. Coast Guard / Petty Officer Third Class Aidan Cooney / HandoutНефтяные танкеры возле Лонг-Бич, штат Калифорния, США
Нефтяные танкеры возле Лонг-Бич, штат Калифорния, США - Sputnik Azərbaycan
Abunə olmaq
Böhran sona çatacaq, amma ABŞ olmadan dünya neft bazarlarının taleyi ilə bağlı razılığa gəlmək vərdişi, ola bilər ki, qalacaq

BAKI, 1 may — Sputnik, İvan Danilov. ABŞ ən azından rəsmi şəkildə Rusiya və digər neft ixracatçılarının iştirak etdikləri OPEC+ razılaşmasına daxil olmayıb. Lakin qeyri-rəsmi səviyyədə ABŞ-ın şist neftinin çox hissəsi çıxarılan Texas ştatı oraya daxil ola bilər. “Şist inqilabı”nın episentrinin neft şirkətlərini hasilatın həcmini azaltmağa məcbur edəcək taleyüklü qərar artıq mayın 5-də qəbul edilə bilər, özü də Texas Dövlət neft sektorunun tənzimlənməsi agentliyinin qərarının layihəsi hansısa güzəştləri nəzərdə tutmur. Məmurlar hər “artıq” barelə görə cərimə edəcəklər, ziyana öyrəşmiş sist sahəsinin iştirakçıları bunu sadəcə əlavə xərc saymasınlar deyə, cərimənin həcmi barelə görə 1000 dollar şəklində təklif edilir. Bu isə ən inadkar neft hasilatçısını da düşünməyə vadar edəcək.

Texasın əsas media orqanı olan “Houston Chronicle” ixtisar planının detalları və onun ətrafında baş verəcəklər barədə xəbər verir:

"Texasın neft-qaz sahəsini tənzimləyən Dəmiryolu komissiyası ştatda neft hasilatını ayda 20 faiz azaltmağa imkan verəcək təklif ətrafında müzakirələr açıb. <...> Təklif olunmuş əmrin mətni komissiyanın bu plan barədə səs verəcəyi iclas öncəsi dərc olunub. (İclas mayın 5-də keçiriləcək). Komissiya 1970-ci illərdən hasilatın azaldılması barədə əmrlər verməyib, lakin koronavirus pandemiyasının yaratdığı qlobal xam neft artıqlığı ona gətirib ki, şist neft şirkətləri olan Pioneer Natural Resources və Parsley Energy agentlikdən bu hüququndan istifadə etməyi xahiş ediblər. Bu xahiş neft-qaz sahəsində ikitirəliyə yola açıb: xırda istehsalçılar və ətraf mühitin müdafiəçiləri koalisiyası hasilatının azaldılması yönümündə, sahə ticarət assosiasiyaları, iri şirkətlər və boru kəmərlərinin operatorları isə bunun əleyhinə çıxış edirlər".

20 faizlik ixtisarın həcmi əgər ABŞ OPEC+ razılaşmasına qoşularsa, Texasın ixtisar edəcəyi neftin həcminə bərabərdir. Bu rəqəm yəqin ki, təsadüfən seçilməyib. Güman etmək olar ki, məhz belə bir qərardan ötrü müəyyən siyasi sorğu var, lakin bu, qərarın qəbul ediləcəyinə zəmanət vermir.

Hazırda ABŞ-da “bazar qərar verir” modeli işləyir, bu isə öz növbəsində bu yaxınlarda baş vermiş ABŞ-ın West Texas Intermediate neftinin mənfi qiymətədək düşməsi kimi insidentlərə səbəb olur, lakin bu model heç də hər kəsə sərf etmir. Kiçik neft hasilatçıları (Texasda 20 nəfərədək insanın işlədiyi və gündə 1000 bareldən az neft hasil edən çoxlu şirkət var) hasilatın ixtisarına nail olmaq istərdilər.

Нефтяная качалка, фото из архива - Sputnik Azərbaycan
TƏHLİL
Amerika şirkətləri neft hasilatının azaldılmasına qarşı çıxır. Səbəb nədir?
 Texaslı tənzimləyicilərin planına əsasən, "kiçik neft biznesi" kvotalaşmaqdan azad ediləcək, bütün ixtisarlar isə iri və orta şirkətlərin payına düşəcək. Məmurların iştirakı ilə məcburi ixtisar ideyasının müəllifləri - Pioneer Natural Resources və Parsley Energy şirkətlərinin özləri iri şist hasilatçılarıdır, lakin onlar konvensional (ənənəvi) neft sənayesinin nəhəngləri olan Exxon və ya Chevron-dan xeyli kiçikdirlər. İxtisarın təşəbbüskarları olan şirkətlər ümid edirlər ki, hasilatın azaldılması onlara daha yüksək qiymətlərədək ayaq üstə qalmağa imkan verəcək, onların şist sektorundan olan maliyyə cəhətdən daha zəif rəqibləri isə istənilən halda müflis olacaqlar.

Amerikalı jurnalistlərin haqlı olaraq bildirdikləri kimi, konvensional neft hasilatının nəhəngləri ixtisarın əleyhinədirlər, baxmayaraq ki, onlar qısamüddətli perspektivdə ciddi maliyyə gəlirləri əldə edə bilərlər. Bu mövqeyin bir aşkar və məntiqi izahı var: onlar əvvəlcə bütün şist şirkətlərinin ölümünü görmək istəyirlər, yəni, koronavirusla bağlı vəziyyətdən istifadə edərək onları bir sinif kimi ləğv etmək istəyirlər və bundan ötrü bir neçə ay və daha uzun müddətdə çox aşağı qiymətlərə dözməyə hazırdırlar. Əlbəttə, rəsmi səviyyədə onlar azad bazarın qayğısına qaldıqlarını deyirlər, lakin illərdir şist şirkətlərinin özbaşınalığından əziyyət çəkmiş ABŞ neft sənayesinin “köhnə” seqmentinin idealist olduqlarına inanmaq üçün müəyyən qədər sadəlövh olmaq lazımdır.

“Bloomberg” biznes informasiya agentliyi bu hekayənin sonunun hər halda kədərli olacağını qeyd edir:

“Mənfi neft qiymətləri, heç kimin istəmədiyi yüklərlə dənizlərdə dolaşan tankerlər və hələ də nefti saxlamağa yer tapmaq məsələsinə yaradıcı yanaşan treyderlər – neft böhranının növbəti fəsli artıq qaçılmazdır. Neft sənayesinin əhəmiyyətli hissələri bağlanmağa başlayacaq”.

Faktiki olaraq Amerika tərəfi üçün daha məntiqli çıxış yolu Səudiyyə Ərəbistanı, Rusiya və digər məsuliyyətli neft hasilatçılarına qoşulmaq olardı. Amma hətta Texas komissiyasının üzvləri arasında “bazar fundamentalistləri” var. Onlardan biri də komissiyanın sədri Ueyn Kristiandır (o, hasilatın kvotalaşdırılması ilə bağlı təklifin gündəmə çıxmasını dayandıra bilməyib). Kristian mətbuatda heç nəyə baxmayaraq “azad bazarı müdafiə etmək” çağırışı ilə çıxış etmək qərarına gəlib: “COVID-19 geridə qaldıqdan sonra benzin kimi neft məhsullarına tələbat, şübhəsiz ki, artacaq, çünki amerikalılar yenidən işə getməyə başlayacaqlar. Vəziyyət sabitləşəcək. Məsələ bunun “əgər” yox, “nə zaman” baş verəcəyindədir. Bu, ölkəmizin üzləşdiyi ilk böhran deyil, sonuncusu da deyil. Amma bizim çətinliklərlə üzləşdiyimiz halların hamısından Texas kimi Amerika da güclü çıxır. Məhz bu səbəbdən də mən azad bazar prinsiplərinə riayət etməyi və Texasda kvotalaşmaya qarşı çıxmağı planlaşdırıram”.

Нефть, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Bu gün üçün fantastik proqnoz gəldi – Neft 60 dollara qayıdacaq

ABŞ ixtisarlardan imtina edə bilər. Bu isə ehtimal ki, ölkənin neft bazarının taleyinə o qədər də təsir göstərməyəcək. Lakin Texas komissiyasının belə bir qərarı çox ciddi geosiyasi nəticələrə səbəb olacaq. Məsələ ondadır ki, hələ 2019-cu ildə amerikalı ekspertlər Səudiyyə Ərəbistanı və Rusiyanın qara qızılın qiymətini qaldıra və aşağı sala biləcək yeni neft alyansı yaratmasından ciddi narahat idilər. Üstəlik, həm OPEC ölkələri, həm də ittifaqa üzv olmayan dövlətlər alyansda iştirak edirdilər. 2020-ci ildə OPEC+ razılaşmasının pozulduğu bir vaxtda Amerikanın geosiyasət üzrə ekspertləri neftin qiymətinin düşməsinə, təbii ki, təəssüflənirdilər, lakin həm də keçən il onları qorxudan alyansın Amerikanın qlobal enerji siyasətini, həmçinin ABŞ-ın Yaxın Şərq diplomatiyasını artıq təhdid edə bilməyəcəyinə çox sevinirdilər. Yeni OPEC+ sövdələşməsi isə Amerikanın bu kabusunu yenidən gündəmə gətirir – hətta onu gücləndirir. O mənada ki, neft bazarında fəaliyyət koordinasiyası daha da genişlənib və indi hətta NATO ölkəsini də əhatə edir. "Financial Times"ın məlumatına görə, “Norveç neft hasilatını 13 faiz azaldacaq”, bu isə o deməkdir ki, Norveç hökuməti OPEC+ ölkələrinə verdiyi qeyri-rəsmi vədini yerinə yetirib.

Böhran sona çatacaq, amma ABŞ olmadan dünya neft bazarlarının taleyi ilə bağlı razılığa gəlmək vərdişi, ola bilər ki, qalacaq. Hətta təklikdə və ya azlıqda qalsa da, Birləşmiş Ştatlar və Texas “azad bazar” prinsiplərinin toxunulmaz qalması faktı ilə özlərini rahatlaşdıra bilərlər. Lakin bu prinsiplər şist sektorunu yedirtməyəcək.

Xəbər lenti
0