Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Amerika Rusiyanı neft qiymətinə görə necə cəzalandırmaq üzərində düşünür

© Sputnik / Vitaliy Timkiv / Mediabanka keçidНефтяной станок-качалка
Нефтяной станок-качалка  - Sputnik Azərbaycan
Abunə olmaq
Bu tədbirlərin mənası ondan ibarətdir ki, Səudiyyə və Rusiya neft ixracatına (eləcə də digər OPEC ölkələrindən ixracatın) Amerika bazarında yerli şirkətləri boğmağa imkan verilməsin.

BAKI, 20 mart – Sputnik. Neft bazarında “hamının hamıya qarşı” formatında qiymət müharibəsi ona gətirib çıxarır ki, Vaşınqtonda Səudiyyə Ərəbistanı v Rusiyanı ən sərt şəkildə cəzalandırmaq istək və qisas planları yetişir. Məsələn, neft sanksiyalarının köməyi ilə.

Человек в маске рядом с нефтяными качалками, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Neft 25 dollardan da aşağı düşdü

Hər şeyi öz adı ilə çağırmalı olsaq, demək olar ki, Amerika qanunverici orqanlarının nümayəndələri öz sponsorlarını – ölkənin bir çox ştatlarının əsas vergi ödəyicisi və iş yeri olan şist neft şirkətlərini xilas etmək üçün istənilən tədbirlərə (o cümlədən ən ağılsız) hazırdırlar. Əgər bunun üçün Rusiya və Səudiyyə neftinə qarşı embarqo tətbiq etmək lazım olacaqsa, bu, Respublika Partiyasının nümayəndələrinin nöqteyi-nəzərindən tamamilə ağlasığan addımdır. Onlar Prezident Donald Trampdan da məhz total embarqo tələb edirlər. Amerika neft şirkətlərinin xilas edilməsi üçün müqayisəyə gəlməyən belə yanaşmaya baxmayaraq, etiraf etmək lazımdır ki, Ağ Evin bu cür addım atmağa hüququ var. Əvvəllər siyasi düşüncə Vaşinqtonu sonradan ciddi şəkildə heyfsilənməyə vadar edən addımlar atmağa məcbur edib.

İxtisaslaşmış S&P Global Platts informasiya agentliyi xəbər verir: “Şimali Dakotadan olan respublikaçı senator Kevin Kramer Trampa yazaraq, 1962-ci ildə qəbul edilmiş “Prezidentin ticarət məsələlərində hüquqlarının genişləndirilməsi barədə Qanun”un 232-ci maddəsinə uyğun olaraq Səudiyyə Ərəbistanı, Rusiya və OPEC-in digər üzvlərindən neft ixracına embarqo qoymağa inandırmağa çalışıb”.

“Biz dərhal siqnal verməliyik: Birləşmiş Ştatları qorxutmaq olmaz, bizimlə belə davranmağa yol verməyəcəyik” – deyə Kramer prezidentə yazıb.

Bu təklifi senatorun şəxsi təşəbbüsü hesab etmək olardı. Amma cənab Kramer adi senator deyil – o, Donald Trampın seçki qərargahının enerji siyasəti məsələlər üzrə müşaviridir. Yəni, respublikaçı senator, Donald Tramp Ağ Evin sahibi olmamışdan əvvəl onunla işləyən (bu, çox riskli olub) şəxsdir, prezidentin yaxın ətrafına aiddir. Bundan başqa, Kramer Amerika neft şirkətlərinin marağını təbliğ edən şəxs kimi məşhurdur. Prezidentin şirkətləri xilas etmək üçün tədbirlər görməyə başladığını, eləcə də neft bazarında vəziyyətin normallaşdırılması üçün danışıqlara digər respublikaçı senatorlardan tutmuş, ABŞ maliyyə nazirinə kimi geniş spektrli amerikalı siyasətçilərin qoşulmasını nəzərə alsaq, embarqo tətbiq edilməsi ssenarisi mümkün sayılır.

 Səüdiyyə Ərəbistan brokerləri, arxiv şəkli - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Vaşinqtondan Ər-Riyada gedən gizli məktub – Neft bazarında kəskin dəyişiklik ola bilər

Bu tədbirlərin mənası ondan ibarətdir ki, Səudiyyə və Rusiya neft ixracatına (eləcə də digər OPEC ölkələrindən ixracatın) Amerika bazarında yerli şirkətləri boğmağa imkan verilməsin. Nəzəriyyədə sxem belə işləməlidir: embarqo tətbiq olunur, ABŞ daxilində neftin qiyməti qalxır, şirkətlər qələbəni bayram edirlər, səhmdarlara faiz, kredit verənlərə borc ödənilir, hazırlanmaqda olan kütləvi ixtisarlar və bankrotluq ləğv olunur. Bu nəzəriyyədədir. Reallıqda isə ssenari həyata keçsə belə, hər şey dəfələrlə qəliz olacaq.

Neft qiymətləri və alternativ energetikanın süqutu: qalib kimdir?

Ondan başlayaq ki, Rusiyanın ABŞ-a neft ixracatı Ər-Riyadın qərarı ucbatından neftin qiymətinin düşməsindən xeyli əvvəl artmağa başlayıb. Artımın səbəbi ABŞ-ın İran və Venesuelaya tətbiq etdiyi sanksiyalar idi. Bu iki ölkə Amerika neftayırma zavodlarına böyük hissəsinə lazım olan neft sortu hasil edirlər. Müvafiq olaraq, sanksiya dövründə eyni neft sortunu Rusiyadan almaq lazım gəlir. Çünki ABŞ şist neft şirkətləri bu sort neft vermir. ABŞ-ın neftayırma zavodlarının infrastrukturunu dəyişmək isə uzun vaxt tələb edir, bahadır və ümumilikdə götürdəndə mənasızdır.

Rusiya neftinin ixracatının artması sirr deyil. Artıq uzun müddətdir ki, ABŞ KİV-i, məsələn Bloomberg kimi informasiya agentliyi sanksiyaları səbəb kimi göstərərək, Rusiya ixracatının artmasından şikayət edir.

Флаги России и Саудовской Аравии на столах участников заседания стран-участниц соглашения о сокращении добычи нефти ОПЕК+ в Вене - Sputnik Azərbaycan
Ruslarla ərəblər neft bazarında biri-birini-qırırlar – Bu ölkə isə sərvət əldə edir

Rusiya, Səudiyyə Ərəbistanı, eləcə də OPEC-in digər üzvləri embarqoya məruz qalsalar, amerikalıların bu vəziyyətdən necə çıxacağı məlum deyil. Amma hətta yüngül formada olsa da, Venesuela və İrana qarşı sanksiyalar tətbiq edilməmişdən əvvəl də belə problem yaranmışdı. Amma bu, Dövlət Departamentini dayandıra bilmədi.

Daha bir vacib problem ondan ibarətdir ki, embarqo Amerika iqtisadiyyatına da zərbə vuracaq. Çünki ABŞ-dan kənarda enerjidaşıyıcı və neft-kimya istehsalı olan Amerika korporasiyaları istehsal diqqətini neftin daha ucuz olduğu yerə cəmləşdirməyə çalışaraq, Amerikadakı fəaliyyəti ixtisar edəcəklər.  Bundan əlavə, belə çıxır ki, Amerika neft istehlakçıları şist neft çıxaranları subsidiyalaşdıracaqlar. Bu isə siyasi cəhətdən ölkənin fəaliyyətdə olan prezidenti üçün çox təhlükəli məqamdır. Tramp isə bu dəqiqə Səudiyyə Ərəbistanını soymaqla məşğuldur: Ər-Riyad strateji ehtiyatlarını dünya bazarında çox ucuz qiymətə satdığı bir vaxtda, ABŞ prezidenti çox ucuz qiymətə Amerikanın strateji neft ehtiyatlarını əlavə 77 milyon barel artırmaqla məşğuldur. Bu prosesin başa çatmadığı ən azı bir neçə həftə ərzində ona qiymətlərin artması lazım deyil.

Neft müharibəsi: Qərb ekspertləri gələcək qalibin adını açıqladılar

Daha iki vacib məqam var ki, onlara görə ABŞ neft şirkətlərini dəstəkləmək üçün radikal addımların atılması mümkün olmayacaq və ya çox çətin olacaq. Demokrat Partiyası şist neft istehsalçılarının kütləvi şəkildə bankrot olmasını istəyirlər. Konqresə bu partiya nəzarət edir, bu səbəbdən də prezident neft şirkətlərini xilas etmək üçün kəskin addımlar atdığı təqdirdə bəzi qanun layihələrini və prezidentin qərarlarını girov saxlaya bilər.

Amerikanın “The Hill” siyasi dərgisi qeyd edir ki, daha çox demokrat konqresmen qiymətlərin düşdüyü və koronavirus pandemiyası dövründə Ağ Evin neft şirkətlərini xilas etmək üçün ciddi tədbirlər görəcəyindən narahatlığını ifadə edir. İyirmi demokrat konqresmen Trampa məktub yazaraq onu şirkətlərə əlavə maliyyə yardımı ayırmaqdan çəkinməyə çağırıblar.

Нефтяная вышка в Сирии, фото из архива - Sputnik Azərbaycan
Neft bazarında vəziyyət gərginləşir, Tramp isə ruslarla gizli görüş keçirib

Şist neft çıxaranların bankrot olmasını ABŞ-ın köhnə və iri şirkətləri də gözləyir. Onlara vergilərin ödənilməsi üçün öz zərərlərinə istehsalla məşğul olmaq, şist neft istehsalçısı olan şirkətləri kimi öz menecementlərinin bonusunu qaldırmaq üçün hasilatı artırmaq lazım deyil. Bundan əlavə, şist neft inqilabı özü Rokfeller imperiyasının qalıqlarına (onlar vaxtilə OPEC-i xatırladan kartel kimi Amerika bazarında iştirak ediblər) çox böyük maliyyə zərəri vurub. Buna əmin olmaq üçün Amerikanın köhnə neft şirkətlərinin səhmlərinin qiyməti qrafikinə baxmaq olar. Tamamilə mümkündür ki, onlar embarqo və digər bu kimi tədbirlərlə şist neft hasilatçılarını xilas etmək cəhdlərinə ciddi və uğurlu müqavimət göstərəcəklər. Amerika şist neft sektorunu ancaq Amerika diplomatiyası xilas edə bilər – Ər-Riyadı hansısa yollasa qiymət müharibəsindən çəkinməyə inandıra bilsə.

Xəbər lenti
0