Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Neft müharibəsi: Qərb ekspertləri gələcək qalibin adını açıqladılar

© AP Photo / Amr Nabil Səüdiyyə Ərəbistan brokerləri, arxiv şəkli
 Səüdiyyə Ərəbistan brokerləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Neft bazarında təkliflə tələb arasında natarazlıq təhlükəsi yaranıb. Ər-Riyadın bunda Moskvanı ittiham etdiyi halda, Qərb ekspertləri məhz Səudiyyə Ərəbistanını böhranın əsas günahkarı hesab edirlər.

BAKI, 11 mart — Sputnik, Maksim Rubçenko. Dünya ucuz neft dövrünə geri qayıdır. İri istehsalçılar hasilatı artırmaq istəyirlər ki, bu da kotirovkaların azalması ilə nəticələnəcək. Ekspertlər isə kimin daha çox risk etdiyini anlamağa çalışırlar. Kimin üçün hər şey iqtisadi fəlakətlə nəticələnə bilər? Kim qiymət müharibəsində qalib çıxaraq, beynəlxalq bazarda payını artıracaq və ən nüfuzlu oyunçuya çevriləcək?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili  - Sputnik Azərbaycan
Tahir Mirkişili: “Neft bazarının dəyişkənliyinə öyrəşmək lazımdır”

Oyun bitdi

Son günlər ərzində dünyanın “qara qızıl” bazarı ABŞ-ın 1991-ci ildə İraqa daxil olduğu vaxtdan bəri ən güclü şoku yaşayıb. Rusiyanın OPEC ilə hasilatın ixtisarına dair yeni razılaşmanı imzalamaqdan imtina etməsinə cavab olaraq, Səudiyyə Ərəbistanı öz neftinin qiymətini altı-on dollar aşağı saldığını bəyan edib. Çərşənbə axşamı isə Ər-Riyad hasilatın həcmini fevralla müqayisədə 26 faiz artırmaq niyyətində olduğunu açıqlayıb.

"Səudiyyə Ərəbistanının dövlət neft-qaz şirkəti apreldə həm Krallıq daxilində, həm də onun hüdudlarından kənarda olan müştərilərə xam neft tədarükünü 300 min barel artıracaq ki, bu da gündə 12 milyon barel təşkil edən hasilat gücünü üstələyir", – "Saudi Aramco" şirkətinin İcraçı direktoru Əl-Əmin Ən-Nasir bildirib.

Nəticədə, bazarda təkliflə tələb arasında böyük natarazlıq təhlükəsi yaranıb. Maraqlıdır ki, Ər-Riyadın bütün bunlarda Moskvanı ittiham etdiyi halda, Qərb ekspertləri məhz Səudiyyə Ərəbistanını böhranın əsas günahkarı hesab edirlər.

"Səudiyyə Ərəbistanının Rusiya ilə mümkün sövdələşməyə yanaşması hasilatı əlavə olaraq gündə 1,5 milyon barel səviyyəsində ixtisar etmək tələbindən ibarət idi. Özünü Ər-Riyadın kiçik tərəfdaşı hesab etməyən Moskvanı məhz bu hiddətləndirdi", – Britaniyanın "Financial Times" qəzeti yazır.

Venesuela vətəndaşı Karakasda divarda neft buruğunun təsvir edildiyi qraffitinin yanından keçir - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Neft bazarında ajiotaj: "böyüklər"in qərarını mərkəzi banklar götür-qoy etməli olacaq

Müşahidəçilər Ər-Riyadın hasilatı artırmaq və nefti böyük endirimlərlə satmaq qərarını birmənalı şəkildə "Rusiyanı cəzalandırmaq" cəhdi kimi qiymətləndirirlər.

"Bundan əvvəl Səudiyyə Ərəbistanı iri oyunçular arasında əməkdaşlığın təşviqi yolu ilə neft bazarında mövqelərini və gəlirlərini qoruyub-saxlamağa ümid edirdi. İndi isə Səudiyyə Ərəbistanı hesab edir ki, yaranmış şəraitdə tam əks addımı atmaq – qələbəyə ümid bəsləyərək, Moskva və ABŞ-ın müstəqil neft sənayesi ilə "kim birinci qorxacaq" oyununa başlamaq daha məqbuldur", – "Bloomberg" agentliyinin icmalçısı Devid Fiklinq qeyd edir.

Qərbli ekspertlər Rusiyanın reaksiyasını tamamilə təbii hesab edirlər.

"Ruslar hər hansı bir tədbir görməzdən əvvəl koronavirusun bazara təsirini tam şəkildə görmək istədiklərini deyiblər. Amma Moskva da Amerikanın şist sənayesinin möhkəmliyini sınamağın əleyhinə deyil. Birləşmiş Ştatlar tərəfindən Rusiyanın enerji şirkətlərinə qarşı tətbiq edilmiş sanksiyalar, o cümlədən fevralda "Rosneft" şirkətinin ticarət bölməsinə qoyulmuş məhdudiyyətlər, həmçinin "Şimal Axını-2" borusunun tikintisinə mane olmaq cəhdləri Kremli qəzəbləndirib", – "Financial Times" yazır.

Нефтяные насосы, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Azərbaycan fevralda neft hasilatını azaldıb

"Zerohedge" analitik portalının təsisçisi Tayler Darden qeyd edir ki, OPEC artıq uzun illərdir ki, böhran içindədir və yalnız Rusiyanın "öz geostrateji məqsədlərinə nail olmaq müqabilində kömək etməyə hazır olması" karteli indiyədək dağılmaqdan qoruyub. Lakin Moskva neft ixracatçılarının alyansını sonsuzluğa qədər xilas etməyə hazır deyil.

"Koronavirus pandemiyası ilə bağlı çaxnaşma fonunda OPEC misli görünməmiş hasilat ixtisarını tələb edib. Amma sonda Rusiya "yox" deyib", – analitik qeyd edir.

Dardenə görə, Moskva güc nümayiş etdirmək üçün ideal anı seçib.

"Kreml nəhayət ki, ABŞ-ın İranda, İraqda, Suriyada, Ukraynada, Yəməndə, Venesuelada və Əfqanıstanda vicdansız davranışına görə cavab zərbəsini endirdi. İndi isə Putin Vaşinqtondan, eləcə də ABŞ-ın Rusiyanın müttəfiqləri olan Çin, İran və Suriya ilə bağlı aqressiv siyasətini dəstəkləyən OPEC ölkələrindən maksimum güzəştlər ala biləcək", – o, vurğulayır.

Sonadək mübarizə

Встреча с предпринимателями - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Kiçik və orta biznesin qeyri-neft ixracında çəkisi artırılacaq

"Neft bazarında gedən qiymət müharibəsi sonadək mübarizəyə yönəlib və burada qalibiyyət daha güclü olanın yox, daha çox dözənin olacaq", – "Bloomberg" agentliyindən Devid Fiklinq hesab edir.

Bu baxımdan, analitiklər Səudiyyə Ərəbistanının mövqelərinin kifayət qədər zəif olduğunu etiraf edirlər. Hesab edilir ki, Səudiyyə Ərəbistanı nefti rekord dərəcədə aşağı xərclə – bir barelə təxminən üç dollar xərcləməklə hasil edə bilir. Lakin "qara qızıl"ın satışından əldə edilən gəlirlərə əsaslanan dövlət büdcəsi bir barelə 85 dollar qiyməti üçün nəzərdə tutulub. Yəni, neft sahəsi gəlirliliyini saxlayacaq, amma bütövlükdə ölkə çox sürətlə müflisləşəcək.

Tayler Darden yazır: "Büdcəyə baxın və Səudiyyə Ərəbistanının neft qiymətlərindən Rusiya və ya ABŞ-dan daha çox asılı olduğunu başa düşəcəksiniz. Onlar əhaliyə istehlakı azaltmaq lazım olduğunu deyə bilməyəcəklər – əks halda, qiyam başlayar".

"Səudiyyə Ərəbistanının şişirdilmiş büdcəsi onun çox yüksək xərcləri olan istehsalçı, yəni ən az sabit oyunçulardan biri olduğunu göstərir. Bundan başqa, Ər-Riyad Yəməndəki dağıdıcı və qəddar hərbi münaqişənin iştirakçısıdır. Cümə günü, martın 6-da isə Səudiyyə Ərəbistanında dövlətə xəyanətdə şübhəli bilinən kral ailəsinin bir neçə üzvü həbs edilib", – Devid Fiklinq qeyd edir.

Səudiyyə Ərəbistanı hökumətinin təmsilçisi "Saudi Aramco" şirkətinin qiymətlərin aşağı salınmasına dair şənbə günü verdiyi bəyanatı şərh edərkən bunun "bazarda Rusiya seqmentinin bir payını ələ keçirməyə yönəlmiş aqressiv kampaniyanın elementi" olduğunu bildirib. Amma hələ ki, Ər-Riyadın əməllərindən ən çox amerikalı şist neft hasilatçıları zərər çəkiblər.

Штаб-квартира ОРЕС в Вене - Sputnik Azərbaycan
TƏHLİL
OPEC üçün bomba: dünya neft bazarında yenidən bölüşdürmə başlayır

Favorit

“ABŞ-ın şist neft sektoru demək olar ki, ölüb. Milyardlarla dollar kapitaldan yuyulub", – "Bloomberg" agentliyinin enerji üzrə aparıcı müxbiri Javye Blas bildirir.

"Qiymətlərin kəskin düşməsi Amerikanın şist neft sənayesi üçün çətin bir anda baş verib. Son on il ərzində hasilatın həcmi artsa da, bu sənaye hələ də əsasən borc vəsaitləri hesabına yaşayır ", – "Financial Times" qeyd edir.

“Şist sənayesinin ləğvi ilin sonunda başlayacaq”, – Tayler Darden əmindir.

Ənənəvi neft-qaz şirkətləri də çökmədən qaça bilməyiblər: "Exxon Mobile" 12,2 faiz, "Chevron" 15,3 faiz, "Occidental Petroleum" 44 faiz ucuzlaşıb. "British Petroleum" şirkətinin səhmləri isə bir gün ərzində 20 faiz ucuzlaşıb.

Müqayisə üçün – Rusiya istehsalçılarının səhmləri çərşənbə axşamı 12-14 faiz düşüb. Qərbli ekspertlərin fikrincə, ucuz neft qiymətlərinə bu gün məhz Rusiya daha çox hazırdır.

“Rusiya şirkətləri hasilata çox az pul xərcləyirlər. Hətta vergi ödənildikdən sonra da itkisizlik səviyyəsi bir barelə 20 dollar ətrafında qalır. Rusiya şirkətləri tədarük üzrə müqavilələrin əksəriyyətini dollarla deyil, rubl, yuan və avro ilə bağlayırlar ki, bu da valyuta risklərini azaldır. Bu üstünlüklər hələ uzun illər davam edəcək", – Tayler Darden yazır.

Rusiyanın Maliyyə Nazirliyi isə bildirir ki, Milli Rifah Fondunun (MRF) likvid vəsaitləri neft kotirovkalarının altı-on il ərzində 25-30 dollar səviyyəsinə düşməsi nəticəsində yaranacaq büdcə itkisini ödəməyə kifayət edir.

"Bazarlar bir neçə gündən sonra sakitləşəcək, çaxnaşma bitəcək və neft böhranı unudulacaq. Lakin o, tezliklə daha təhlükəli formada qayıdacaq. Və bu baş verəndə, mən düşünürəm ki, ABŞ və Avropa xilas olmaq üçün Rusiyaya müraciət edəcəklər", – Tayler Darden xəbərdarlıq edir.

Xəbər lenti
0