Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Vaşinqtondan Ər-Riyada gedən gizli məktub – Neft bazarında kəskin dəyişiklik ola bilər

© AP Photo / Amr Nabil Səüdiyyə Ərəbistan brokerləri, arxiv şəkli
 Səüdiyyə Ərəbistan brokerləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Senatorlar xatırladıblar ki, ABŞ uzun illərdir ki, Səudiyyə Ərəbistanını dəstəkləyir, buna cavab olaraq Krallıq dünya neft bazarında sabitliyin olacağına söz vermişdi

BAKI, 18 mart - Sputnik. ABŞ-dan olan 13 senator Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd bin Salmana məktub yazaraq onu neft hasilatını kəskin şəkildə artırmamağa çağırıb. Bu barədə Sputnik AzərbaycanBloomberg”ə istinadən xəbər verir.

Нефтяная качалка, фото из архива - Sputnik Azərbaycan
TƏHLİL
Neft qiymətləri və alternativ energetikanın süqutu: qalib kimdir?

Məktubun müəlliflərinin hamısı Prezident Donald Trampın da üzv olduğu Respublikaçı Partiyasını təmsil edir. Onlar neft bazarında kollapsın hər iki ölkənin uzun illərdir ki, davam edən strateji tərəfdaşlığına zərər vuracağını bildiriblər.

Senatorlar vurğulayırlar ki, Ər-Riyadın addımları koronavirus pandemiyası ilə bağlı qlobal böhran fonunda baş verir. Yaranmış vəziyyət onsuz da enerji bazarları və şirkətlərin sabitliyinə təsir edib. Ona görə də neft bazarında hasilatın artırılması tamamilə yersizdir.

Senatorlar xatırladıblar ki, ABŞ uzun illərdir ki, Səudiyyə Ərəbistanını dəstəkləyir, buna cavab olaraq Krallıq dünya neft bazarında sabitliyin olacağına söz vermişdi: “Biz Krallığı dünya iqtisadiyyatının sabitləşməsində konstruktiv rol oynamağa və neft-qaz sektorunda həyəcanı aşağı salmağa dəvət edirik”.

Xatırladaq ki, martın 6-da Vyanada OPEC-ə üzv və qeyri-OPEC ölkələrinin ("OPEC+") nazirlərinin görüşü nəticəsiz başa çatıb.

Belə ki, nazirlər arasında neft hasilatına tətbiq edilən məhdudiyyətlərin uzadılması barədə razılıq əldə olunmayıb.

Görüşdən sonra yayılan rəsmi məlumatda neftin qiymətini sabit saxlamaq üçün hasilatçı ölkələr arasında Əməkdaşlıq haqqında Nizamnamə çərçivəsində məsləhətləşmələrin davam etdiriləcəyi əksini tapıb.

Xəbər lenti
0