SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ABŞ təhlükəsizlik məsələlərində Azərbaycan ilə əməkdaşlığı yüksək dəyərləndirir

© REUTERS / TOM BRENNERВид на Белый дом в Вашингтоне, фото из архива
Вид на Белый дом в Вашингтоне, фото из архива - Sputnik Azərbaycan, 1920, 22.09.2021
Abunə olmaq
Ceyhun Bayramov Azərbaycan tərəfindən konstruktiv addımların atıldığını, Ermənistan tərəfindən isə buna qarşılığın verilmədiyini qeyd edib.
BAKI, 22 sentyabr - Sputnik. Çərşənbə axşamı, sentyabrın 21-də BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarının dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland ilə görüşüb.
Sputnik Azərbaycan bildirir ki, məlumatı Azərbaycan XİN yayıb.
Tərəflər regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında ümumi fikir mübadiləsi aparıblar. ABŞ rəsmisi beynəlxalq sülh və təhlükəsizlik məsələlərində Azərbaycan ilə əməkdaşlığı, o cümlədən Azərbaycan sülhməramlılarının Əfqanıstanda fəaliyyətini yüksək dəyərləndirib.
Tərəflər bölgədəki cari təhlükəsizlik vəziyyəti, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası ilə əlaqədar məsələlər üzrə fikir mübadiləsi aparıblar. Nazir Ceyhun Bayramov Azərbaycan tərəfindən bu xüsusda konstruktiv addımların atıldığını, Ermənistan tərəfindən isə buna qarşılığın verilmədiyini qeyd edib.
Bölgənin sülh şəraitində gələcək inkişafı üçün kommunikasiyaların açılışının və dövlət sərhədlərinin delimitasiyasının vacibliyi vurğulanıb.
Görüşdə tərəflər, habelə ikitərəfli əməkdşlıq gündəliyi üzrə, o cümlədən iqtisadi, energetika, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Eləcə də oxuyun: 
Ceyhun Bayramov ABŞ-a yola düşüb: Vacib görüşlər olacaq
Ərdoğan BMT-də Azərbaycanın mövqeyini müdafiə etdi
İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxış edəcək
Xəbər lenti
0