Ərdoğan BMT-də Azərbaycanın mövqeyini müdafiə etdi

© AP Photo / Risto BozovicПрезидент Турции Реджеп Тайип Эрдоган, фото из архива
Президент Турции Реджеп Тайип Эрдоган, фото из архива - Sputnik Azərbaycan, 1920, 21.09.2021
Abunə olmaq
Ərdoğan deyib ki, Qafqazda davamlı sülh naminə yeni fürsətlər üçün pəncərələr açılıb. Türkiyə tərəflərin atacağı bütün müsbət addımları dəstəkləyəcək.
BAKI, 21 sentyabr - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın keçmişdə Qafqazda sabitlik baxımından mühüm addımların atıldığını qeyd edib. 
Sputnik Azərbaycan xəbər verir ki, Ərdoğan BMT-də çıxışı zamanı Azərbaycanın müdafiə hüququndan istifadə edərək işğala son qoyduğunu deyib. 
"Azərbaycan qanuni müdafiə hüququndan istifadə edərək, BMT-nin Təhlükəsizlik Şurasının illərdir tətbiq olunmayan qərarlarını həyata keçirməklə öz torpaqlarındakı işğala son qoyub. Qafqazda davamlı sülh naminə yeni fürsətlər üçün pəncərələr açılıb. Tərəflərin atacağı bütün müsbət addımları dəstəkləməkdə qərarlıyıq", - Türkiyə Prezidenti bildirib. 
Qeyd edək ki, Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti də BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərinə gedib. 
Səfər zamanı sessiya çərçivəsində keçiriləcək tədbirlərdə iştirak, habelə xarici dövlətlərin rəsmiləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.
Baş Assambleyanın bu ilki iclası “COVID-19 pandemiyasının keçid dövrü”, “Davamlılığın bərpası”, “Planetin ehtiyaclarına cavab vermək”, “İnsan hüquqlarına hörmət” və “BMT-nin yenidən canlanması ümidi ilə möhkəmlik yaratmaq” kimi mövzulara həsr edilib.
Ərdoğan səfər çərçivəsində Nyu-Yorkda “Türk evi”nin binasının açılış mərasimində iştirak edib. Pandemiya səbəbindən açılışı təxminən bir il gecikən “Türk evi” binası Nyu-Yorkun ən nüfuzlu yerlərindən birində, BMT-nin baş qərargah binasının qarşısında yerləşir. Binada Türkiyənin BMT-dəki Daimi Nümayəndəliyi və Nyu-Yorkdakı Baş Konsulluğu yerləşəcək.
Türkiyə prezidenti həmçinin bir sıra ölkələrin lideri, BMT baş katibi Antoniu Quterriş və Türk-Amerika Milli İstiqamətləndirmə Komitəsi tərəfindən təşkil olunacaq “Daha Ədalətli Dünya Mümkündür” mövzulu konfrans çərçivəsində bu ölkədə yaşayan türklər və müsəlman cəmiyyətin nümayəndələri ilə də görüşəcək.
Həmçinin oxuyun:
* Ərdoğan: Zəngəzur koridorunun açılıb-açılmaması siyasi məsələdir
* Ceyhun Bayramov ABŞ-a yola düşüb: Vacib görüşlər olacaq
 
Xəbər lenti
0