https://sputnik.az/20210922/AB-thlksizlik-msllrind-Azrbaycan-il-mkdal-yksk-dyrlndirir-427990986.html
ABŞ təhlükəsizlik məsələlərində Azərbaycan ilə əməkdaşlığı yüksək dəyərləndirir
ABŞ təhlükəsizlik məsələlərində Azərbaycan ilə əməkdaşlığı yüksək dəyərləndirir
Sputnik Azərbaycan
Ceyhun Bayramov Azərbaycan tərəfindən konstruktiv addımların atıldığını, Ermənistan tərəfindən isə buna qarşılığın verilmədiyini qeyd edib. 22.09.2021, Sputnik Azərbaycan
2021-09-22T18:44+0400
2021-09-22T18:44+0400
2021-11-17T00:05+0400
siyasət
cəmiyyət
xəbərlər
abş
viktoriya nuland
ceyhun bayramov
azərbaycan xin
görüş
əməkdaşlıq
dünya
https://cdnn1.img.sputnik.az/img/07e5/03/13/426505971_0:186:3072:1922_1920x0_80_0_0_74a359697ac3513405fb0b0a5cf36a74.jpg
BAKI, 22 sentyabr - Sputnik. Çərşənbə axşamı, sentyabrın 21-də BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarının dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland ilə görüşüb.Sputnik Azərbaycan bildirir ki, məlumatı Azərbaycan XİN yayıb.Tərəflər regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında ümumi fikir mübadiləsi aparıblar. ABŞ rəsmisi beynəlxalq sülh və təhlükəsizlik məsələlərində Azərbaycan ilə əməkdaşlığı, o cümlədən Azərbaycan sülhməramlılarının Əfqanıstanda fəaliyyətini yüksək dəyərləndirib.Tərəflər bölgədəki cari təhlükəsizlik vəziyyəti, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası ilə əlaqədar məsələlər üzrə fikir mübadiləsi aparıblar. Nazir Ceyhun Bayramov Azərbaycan tərəfindən bu xüsusda konstruktiv addımların atıldığını, Ermənistan tərəfindən isə buna qarşılığın verilmədiyini qeyd edib.Bölgənin sülh şəraitində gələcək inkişafı üçün kommunikasiyaların açılışının və dövlət sərhədlərinin delimitasiyasının vacibliyi vurğulanıb.Görüşdə tərəflər, habelə ikitərəfli əməkdşlıq gündəliyi üzrə, o cümlədən iqtisadi, energetika, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər.Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.Eləcə də oxuyun: Ceyhun Bayramov ABŞ-a yola düşüb: Vacib görüşlər olacaqƏrdoğan BMT-də Azərbaycanın mövqeyini müdafiə etdiİlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxış edəcək
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/13/426505971_0:89:3072:2019_1920x0_80_0_0_74260de3ac36fdd6095c35153851685c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, abş, viktoriya nuland, ceyhun bayramov, azərbaycan xin, görüş, əməkdaşlıq, dünya, azərbaycan
xəbərlər, abş, viktoriya nuland, ceyhun bayramov, azərbaycan xin, görüş, əməkdaşlıq, dünya, azərbaycan
ABŞ təhlükəsizlik məsələlərində Azərbaycan ilə əməkdaşlığı yüksək dəyərləndirir
18:44 22.09.2021 (Yenilənib: 00:05 17.11.2021) Ceyhun Bayramov Azərbaycan tərəfindən konstruktiv addımların atıldığını, Ermənistan tərəfindən isə buna qarşılığın verilmədiyini qeyd edib.
BAKI, 22 sentyabr - Sputnik. Çərşənbə axşamı, sentyabrın 21-də BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarının dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland ilə görüşüb.
Sputnik Azərbaycan bildirir ki, məlumatı Azərbaycan XİN yayıb.
Tərəflər regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında ümumi fikir mübadiləsi aparıblar. ABŞ rəsmisi beynəlxalq sülh və təhlükəsizlik məsələlərində Azərbaycan ilə əməkdaşlığı, o cümlədən Azərbaycan sülhməramlılarının Əfqanıstanda fəaliyyətini yüksək dəyərləndirib.
Tərəflər bölgədəki cari təhlükəsizlik vəziyyəti, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası ilə əlaqədar məsələlər üzrə fikir mübadiləsi aparıblar. Nazir Ceyhun Bayramov Azərbaycan tərəfindən bu xüsusda konstruktiv addımların atıldığını, Ermənistan tərəfindən isə buna qarşılığın verilmədiyini qeyd edib.
Bölgənin sülh şəraitində gələcək inkişafı üçün kommunikasiyaların açılışının və dövlət sərhədlərinin delimitasiyasının vacibliyi vurğulanıb.
Görüşdə tərəflər, habelə ikitərəfli əməkdşlıq gündəliyi üzrə, o cümlədən iqtisadi, energetika, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.