01:03 21 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9912
  • RUB0.0232
SİYASƏT
Qısa URL
225 0 0

1918-ci il sentyabrın 15-də Azərbaycan və türk (Osmanlı) əsgərləri Bakını menşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar.

BAKI, 15 sentyabr — Sputnik. "15 sentyabr 1918-ci ildə Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsi Azərbaycan və Türkiyənin tarixə dayanan qardaşlığını, birliyini, çətin gündə dəstəyini əks etdirən özəl bir gündür". Sputnik Azərbaycan xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov öz rəsmi "Facebook" səhifəsində yazıb.

Ceyhun Bayramov şəhidləri dərin hörmətlə andıqlarını da qeyd edib.

Qeyd edək ki, bu gün Bakının işğaldan azad olunmasının 103-cü ildönümüdür. 1918-ci il sentyabrın 15-də Azərbaycan və türk (Osmanlı) əsgərləri Bakını menşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda erməni daşnakların və eser-menşeviklərin (Sentrokaspi diktaturası) Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.

Bakının işğaldan azad edilməsi XX əsr Azərbaycan tarixinin şərəfli səhifələrindən biridir. 1918-ci ilin mayın 28-də isə Milli Şura Tiflisdə Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini elan etmişdi. Ancaq ölkə ərazisinin bir hissəsi, o cümlədən Bakı və ətraf rayonlar işğal altında idi. Zəngəzurda, Göyçədə, Qarabağda daşnaklar Azərbaycan türklərinə qarşı vəhşiliklər törədirdilər. 1918-ci ilin martında neftlə zəngin, sənayecə Cənubi Qafqazın ən inkişaf etmiş şəhəri olan Bakıda azərbaycanlı əhaliyə qarşı vəhşicəsinə soyqırımı həyata keçirmiş qüvvələr Azərbaycanın bu parçasını qoparmaqda qərarlı idilər. Bakısız isə Azərbaycanın dövlət müstəqilliyini təsəvvür etmək çətin idi. Göyçənin, Zəngəzurun, Qarabağın işğaldan azad edilməsinin yolu yalnız Bakıdan başlaya bilərdi.

Belə bir şəraitdə özünün çox ağır durumuna rəğmən Osmanlı dövləti müqaviləyə əsasən, qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru Paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərdi.

Sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakını işğalçılardan azad etdi. Osmanlı ordusu Bakının azad olunması üçün həyata keçirdiyi hərbi əməliyyatlarda 1130 şəhid verdi.

Tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürüldü.

Eləcə də oxuyun:

Teqlər:
Azərbaycan XİN, Ceyhun Bayramov, Bakı, Azərbaycan, Türkiyə

Əsas mövzular