CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əliyev: Pakistanın müdafiə sənayesi məhsullarına çıxışımız olduğuna görə məmnunuq

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsi zamanı
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsi zamanı - Sputnik Azərbaycan, 1920, 21.06.2021
Abunə olmaq
Azərbaycan Prezidenti İlham Əliyev Pakistan Quru Qoşunları komandanı ilə görüşündə qarşıdakı illərdə hərbi əməkdaşlığın genişləndirilməsi və tərəfdaşlığın gücləndirilməsi üçün birgə hərbi təlim və başqa təşəbbüslər planlaşdırmağın gərəkdiyini vurğulayıb.

BAKI, 21 iyun — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də Pakistan İslam Respublikasının Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacvanı qəbul edib.

Sputnik Azərbaycan xəbər verir ki, ordu generalı Qamar Caved Bacvanı salamlayan Prezident İlham Əliyev dedi:

- Sizi görməyə çox şadam. Xoş gəlmisiniz. Ümidvaram ki, ölkəmizə səfəriniz çox səmərəli olacaq və bu, bizim sıx tərəfdaşlıq münasibətlərimizi daha da gücləndirəcək. Biz çox şadıq ki, ölkələrimiz arasında əlaqələr çox uğurla inkişaf edir. Pakistan və Azərbaycan iki qardaş ölkə olaraq ikitərəfli əlaqələrini gücləndirir. Biz xüsusilə İkinci Qarabağ müharibəsində Pakistanın Azərbaycana göstərdiyi çox fəal dəstək mövqeyinə görə minnətdarıq. Müharibənin ilk günlərindən ölkənizin ali rəhbərliyi - Prezident və Baş nazir ərazi bütövlüyümüzün bərpasında Azərbaycana tam dəstəklərini ifadə etdilər. Bu, bizim əməkdaşlığımızın çox mühüm elementi və qardaşlıq əlaqələrimizin həqiqi nümayişidir. Pakistanın digər yüksək rütbəli rəsmiləri, parlament üzvləri və ictimai xadimlər Ermənistan ordusunun tam məğlubiyyəti və Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnmiş 44 günlük müharibə ərzində bizi dəstəklədilər. Dağlıq Qarabağ münaqişəsi Azərbaycan tərəfindən güc və siyasi yolla həll olundu.

© AR Ministry of DefenceAzərbaycan Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Quru Qoşunları komandanı Qamar Caved Bacvanı Bakıda görüş zamanı
Əliyev: Pakistanın müdafiə sənayesi məhsullarına çıxışımız olduğuna görə məmnunuq - Sputnik Azərbaycan, 1920, 21.06.2021
Azərbaycan Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Quru Qoşunları komandanı Qamar Caved Bacvanı Bakıda görüş zamanı

Mən, həmçinin qeyd etmək istərdim ki, Pakistan bizim torpaqlarımızın işğalı səbəbindən Ermənistanı tanımayan və Ermənistanla diplomatik əlaqələr qurmayan az sayda ölkədən biridir. Bu, ölkələrimiz arasında qardaşlıq əlaqələrimizin daha bir nümayişidir. Azərbaycan xalqı bunu bilir.

Biz hər zaman Azərbaycanı kimin dəstəklədiyi və müharibə zamanı bizi kimin dəstəklədiyi barədə mesaj veririk. Ona görə də bütün şəhər və ölkə boyu Pakistan bayraqlarının olması təəccüblü deyil, bunun nəticəsində ölkələrimiz və xalqlarımız arasındakı qardaşlıq güclənəcək. Bildiyiniz kimi, Azərbaycan Kəşmir məsələsində hər zaman Pakistanı dəstəkləyir. Bizim açıq mövqeyimiz dəfələrlə nümayiş etdirilib. Bu mövqe ədalət, beynəlxalq hüquq və qardaşlıq əlaqələrimizə əsaslanır. Biz bütün məsələlərdə qardaşlarımızı dəstəkləməliyik.

Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq hüquq və ədaləti fəal şəkildə müdafiə edir. Mən Bakıda keçirilən sammitdə şəxsən iştirak etdiyinə və Qoşulmama Hərəkatı çərçivəsində bizim təşəbbüsləri dəstəklədiyinə görə Pakistanın Prezidentinə çox minnətdaram. Əməkdaşlığımız uğurla inkişaf edir. Biz müdafiə və müdafiə sənayesi sahələrində çox yüksək səviyyəli tərəfdaşlıq nümayiş etdiririk. Sizin bizim ölkəmizə səfəriniz bunun daha bir göstəricisidir. Biz Pakistanın müdafiə sənayesi məhsullarına çıxışımız olduğuna görə məmnunuq. Bildiyiniz kimi, biz bu məhsulları alırıq, bu da bizim hərbi potensialımızı gücləndirir. Düşünürəm ki, qarşıdakı illərdə biz hərbi əməkdaşlığımızı genişləndirməli və tərəfdaşlığımızı gücləndirmək üçün birgə hərbi təlim və başqa təşəbbüslər planlaşdırmalıyıq. Əminəm ki, bu və bir çox başqa məsələlər həmkarlarınızla müzakirə mövzuları kimi sizin gündəliyinizdə olacaq. Sizə yaxşı vaxt keçirməyi arzulayıram. Bir daha xoş gəlmisiniz.

X X X

Pakistan İslam Respublikasının Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacvan Pakistanın Baş naziri İmran Xanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev Pakistanın Baş nazirinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İmran Xana çatdırmağı xahiş etdi.

Eləcə də oxuyun:

  • Qarabağla bağlı üçtərəfli bəyanatların bəzi müddəalarının icrası gecikir - Ceyhun Bayramov

  • Əliyev İƏT-ə səsləndi - Sizi də görmək istərdik

  • Azərbaycanla Pakistan arasında hərbi aviasiya sahəsində əməkdaşlıq müzakirə olunub

Xəbər lenti
0