CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanla Pakistan arasında hərbi aviasiya sahəsində əməkdaşlıq müzakirə olunub

© AR Ministry of DefenceBakıda Azərbaycan ilə Pakistan arasında hərbi aviasiya sahəsində məsələlər müzakirə olunub
Bakıda Azərbaycan ilə Pakistan arasında hərbi aviasiya sahəsində məsələlər müzakirə olunub - Sputnik Azərbaycan, 1920, 10.06.2021
Abunə olmaq
Zakaria Azərbaycanın hərbi pilotlarının Pakistanda təhsil almaları, ölkəsinin HHQ-nin helikopter heyətlərinin isə Azərbaycanda hazırlıq keçməsinin iki ölkə arasında hərbi aviasiya sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyinin göstəricisi olduğunu qeyd edib.

BAKI, 10 iyun — Sputnik. Azərbaycan Respublikası Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri (HHQ) komandanı general-leytenant Ramiz Tahirov ölkəmizdə səfərdə olan Pakistan Ordusunun Hərbi Əməliyyat Baş İdarəsinin rəisi general-mayor Nauman Zakarianın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan hərbi pilotlarının Pakistanın Hərbi Hava Qüvvələri Akademiyasında təhsilindən məmnunluğunu ifadə edən general-leytenant R.Tahirov ölkələrimizin hərbi aviasiya sahəsində əməkdaşlığının, o cümlədən hərbi təhsil və digər sahələrdə əlaqələrin inkişaf etməsinin ordularımızın döyüş qabiliyyətinin daha da güclənməsinə töhfə verdiyini bildirib.

© AR Ministry of DefenceBakıda Azərbaycan ilə Pakistan arasında hərbi aviasiya sahəsində məsələlər müzakirə olunub
Azərbaycanla Pakistan arasında hərbi aviasiya sahəsində əməkdaşlıq müzakirə olunub - Sputnik Azərbaycan, 1920, 10.06.2021
Bakıda Azərbaycan ilə Pakistan arasında hərbi aviasiya sahəsində məsələlər müzakirə olunub

General-mayor Nauman Zakaria Azərbaycanın hərbi pilotlarının Pakistanın hərbi təhsil müəssisələrində təhsil almaları, ölkəsinin HHQ-nin helikopter heyətlərinin isə Azərbaycanın aviasiya təlim mərkəzlərində hazırlıq keçməsinin iki ölkə arasında hərbi aviasiya sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyinin göstəricisi olduğunu qeyd edib.

Görüşdə tərəflər Azərbaycan və Pakistan HHQ-i arasında əlaqələrin daha da genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Eləcə də oxuyun: 

Xəbər lenti
0