BAKI, 26 may — Sputnik. Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətini sərt şəkildə tənqid edib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.
O vurğulayıb ki, KTMT-nin Azərbaycanla sərhəddəki problemlə dair addımlarının sürəti Ermənistanı qane etmir: "KTMT aydın mövqe sərgiləməyib".
"Zəngəzurdan danışarkən (Sünik) bildirilir ki, sərhədin bu hissəsində Ermənistan və Azərbaycan arasında demarkasiya və delimitasiya həyata keçirilməyib. Lakin demək istəyirəm ki, Rusiya – Azərbaycan arasında da demarkasiya və delimitasiya həyata keçirilməyib. Və bu nə anlama gəlir?", - deyə Paşinyan qeyd edib.
* Moskva Azərbaycanı öz hərbi blokuna dəvət etdi
* Azərbaycanla Ermənistan arasında imzalanacağı deyilən sənədlə bağlı şok detallar üzə çıxıb
* MN: Ermənistan Kəlbəcər, Gədəbəy və Şuşa istiqamətində atəşkəsi pozub